Wikipedia Azerbaycan tərəfindən Homofobik senzura

Baxış sayı:
Wikipedia-logo-v2.svg

Bu gün Wikipedia Azərbaycan idarəçiləri ilə əlaqədar üzücü bir hadisə ilə rastlaşdıq. Bir müddət əvvəl Tural adlı blogger tərəfindən Wikipediya-ya “Azərbaycan tarixində Homoseksuallığın izləri” adlı məqalə yerləşdirildi (https://goo.gl/lqMjfg). Lakin Wikipedia Azərbaycan idarəçiləri tərəfindən həmin məqalənin silinməsi üçün səs vermənin keçirilməsinə başlanılıb. Çox təəssüf ki, Wikipedia Azərbaycan idarəçiləri yerləşdirilən məqalələri səhv və ya doğruya görə deyil, istifadəçilərin subyektiv fikirlərinə görə idarə edir.

Əsas olaraq bildirilir ki, “Məqalə qərəzlidir və Azərbaycan ərazisində yaşamış xalqlara qarşı böhtan xarakterlidir. Belə bir məqalənin “Az-wiki”də olması utandırıcıdır. Bu mövzu Azərbaycanın milli dəyərlərinə, Azərbaycan xalqına qarşı bir ləkədir”. Həmçinin, qeyd olunur ki, bu məqalə Azərbaycan tarixinə, onun milli-mədəni irsinə, Azərbaycanın beynəlxalq aləmdəki imicinə ziyan vurur. Belə mövzular xalqımıza layiq deyil və bizi alçaldır. Halbuki, bu məqalə cəmiyyətdə uzun illərdir səsləndirilən homoseksuallığın Avropa mədəniyyəti olması, Avropadan gəlməsi kimi fikirlərini təkzib etmək üçün yaradılıb. Məqalədə homoseksuallığın hələ daha qədim zamanlardan Qafqazda yaşayan xalqlar arasında müşahidə olunması müəyyən tarixi şəkillərlə qeyd olunub.

Çox təəssüf ki, homofobik Azərbaycan cəmiyyətinin Wikipedia nümayəndələri tarixi həqiqətlərin gizlədilməsinə, onların silinməsinə çalışırlar. Aparılan müzakirələrdə bu məqalə hətta Ermənistan- Azərbaycan münaqişəsi səviyyəsinə qaldırılaraq qeyd edilib ki, Ermənistan Wikipediasında belə bu formatda məqalə erməni dilində yoxdur. Bu hadisəyə qarşı öz etirazını bildirən şəxslər isə Azərbaycan xalqına, onun tarixinə qarşı düşmən kimi adlandırılıb.

Azərbaycanda homofobiyanın yüksək olmasının əsas səbəblərindən biri də bu mövzuda məlumatlılığın aşağı olmasıdır. Təsadüfi deyil ki, ILGA Avropanın 2014-cü il hesabatına görə Azərbaycan 49 Avropa ölkəsi arasında homofobiyanın göstəricisinə görə 48-ci yerdədir. Belə bir halda, LGBT fəallarının maarifləndirmə istiqamətində apardığı fəaliyyətlərin Wikipedia Azərbaycan idarəçiləri tərəfindən senzuradan keçirilməsi heç də düzgün bir mövqe deyildir. Bu, birbaşa homofobiyanın aradan qaldırılmasına mane olmaqla yanaşı, həm də ifadə azadlığının məhdudlaşdırılmasıdır. Çox ümüd edirik ki, Wikipedianın mərkəzi ofisi bu xoşagəlməz hadisənin aradan qaldırılması üçün öz səylərini əsirgəməyəcək.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır