Türkiyə Radio və Televiziya Qurumunun rəhbəri İbrahim Eren-in İbn Haldun Universiteti tərəfindən təşkil edilən “Gələcəyin Sosial Elmlər” sammitində iştirakı zamanı Eurovision ilə bağlı ona ünvanlanan suala verdiyi cavab türkiyə mediasında geniş müzakirəyə səbəb olub.
Başqa ölkələr də tərk edib!
TRT rəhbərinin “Türkiyənin Eurovision Musiqi Yarışması’nda iştirakı”na dair suala bu cavabı verib:
“Hal-hazırda iştirak etməyi düşünmürük. Səsvermə sistemi kimi əsaslarımız var. Bir ictimai yayımcı olaraq, saqqallı, ətək geyinən, cinsiyyəti qəbul etməyən, “Mən həm kişiyəm, həm də qadın” deyərək özünü hər hansısa cinsə mənsub etməyən birini saat 21:00-da, uşaqların da izlədiyi bir zamanda mən canlı yayımla bunu təqdim edə bilmərəm. Avropa Yayım İttifaqına “Siz öz dəyərlərinizdən azdınız.” dedim. Bu səbəbdən başqa ölkələr də tərk etdi. Orada zehni bir qarışıqlıq hökm sürür. Daha yaxşı olarsa, düzələrsə, biz o halda Eurovisiona geri qayıdarıq.”
İbrahim Erenin bu cavabı sosial mediada, əsasən də twitterdə qərarın tərəfdarları və əleyhdarları arasında ciddi müzakirə mövzusuna çevrilib.