Sosial şəbəkələrdə yayılmış görüntüyə əsasən, hadisə Bakı şəhərində yerləşən xəstəxanalardan birində baş verib. Həkimlə mübahisə edən transvestit yüksək səslə qışqıraraq öz haqqını tələb edir: “Dəxli var? Sual verirəm sizə. Nəyinə lazımdır ki, kişiyəm və ya qadınam? Bura Azərbaycandır. Müasir ölkənin müasir vətəndaşıyam. Öz işinlə məşğul ol”.
Video görüntüdən aydın olur ki, tibbi xidmət üçün xəstəxanaya gedən transvestit kimliyi səbəbindən problemlə üzləşib və nəticədə mübahisə yaranıb.
Ölkə rəsmiləri, Azərbaycanda seksual orientasiya və gender kimliyi zəminində diskriminasiya halının olmadığını iddia etsə də baş verən hadisə bu iddiaları təqzib edir.
Qeyd edək ki, Azərbaycanda LGBT fərdlərinin diskriminasiya və psixoloji zorakılıq hallarıy ilə ən çox üzləşdiyi sahələrdən biri də səhiyyədir. Səhiyyə nazirliyinin Nəfəs LGBT Azərbaycan Alliyansının bu ilin əvvəllərində göndərdiyi rəsmi sorğuya cavab olaraq bildirmişdi ki, homoseksuallıq Azərbaycan səhiyyə sistemində xəstəlik kimi tanınmır. Buna baxmayaraq, çoxlu sayda lezbiyan, gay, transgender fərdlər “normallaşdırma” adı altında ailələrinin təzyiqi ilə dövlət xəstəxanalarında qanunsuz olaraq müalicə edilirlər. Qanunsuz olan bu prossesdə həmçinin səhiyyə nazirliyindən fəaliyyət üçün lisenziya alan psixoloqlar və psixoterapeftlər də iştirak edir.