Tarixə Adını Yazdıran Dahi Alan Turing

Baxış sayı:

1952-ci ildə şantaja məruz qalmaq şikayətiylə polisə müraciət edib homoseksual olduğunu açıqlayan Turing, “homoseksualizmdən” mühakimə olunub. 1 il ərzində kimyəvi olaraq xədimetmə üsulu olan hormon müalicəsi almağa məhkum edilib. 1954-ci ildə siyanid zəhərlənməsindən ölüb. Polis araşdırması ilə Turingin almayla siyanur zəhəri yeyərək intihar etməsi barədə qərar verilib. Buna baxmayaraq polis onun ölümündə başqa birinin əli olmasını da istisna etməyib.

Alan Mathison Turing (23 İyun 1912 – 7 İyun 1954), İngilis riyaziyyatçı, kompüter mühəndisi və kriptologdur. Kompüter elminin banisi sayılır. İnkişaf etdirmiş olduğu Turing testi ilə maşınların və kompüterlərin düşünmə qabliyətinə sahib olması mövzusunda fikir irəli sürüb.

II Dünya Müharibəsi zamanı Alman şifrələrinin qırılmasında çox mühüm rol oynadığı üçün müharibə qəhrəmanı hesab edilirdi. Hazırladığı engima şifrə qırıcısı 2-ci dünya savaşında faşitlərin məğlub olmasında əsas rolu olub. Bu cihaz sayəsində minlərlə insan həyatını qurtarıb. Həmçinin Mançester Universitetində çalışdığı illərdə, Turing maşını deyilən alqoritm adı ilə müasir kompüterlərin konseptual əsasını qoyub. İnkişaf biologiyası sahəsində ən mühüm riyazi modellərdən biri olan reaksiya-diffuziya modeli də Turing tərəfindən formalaşdırılıb.

Turing məktəbdə özündən yaşca bir az böyük akademik tələbə Kristofer Morcomla ən yaxın dost və sevgili idilər. Morcom, körpəlikdən vərəmli inək südü içdiyi üçün tutulduğu vərəm xəstəliyi səbəbilə, Sherbornedaki son ilinin qurtarmasına bir neçə həftə qalmış ölür. Turingin dini inancı azalır. İnsan beyninin çalışması da daxil, bütün dünya hadisələrinin riyazı formullar ilə formalaşdığına inanmağa başlayır.Turing 1931-ci dən 1934-cü ilə kimi Kembric Kings Kollecində ilə təhsil alıb. Mərkəzi limit teoremi üzərində hazırladığı bir tezis yazısına görə 1935-ci ildə Kings Kollecinə akademik üzv seçilib.İkinci Dünya Müharibəsi zamanı, Turing Bletchley Parkda Alman şifrələrini qırmaq şöbəsinin vacib işçilərindən biri idi. Müharibədən əvvəl Meriyen Rejewski, Yeji Rozycki və Henri Zygalski tərəfindən Polşa Şifrə Bürosunda etdirilən kriptanaliz üsullarına əlavələr edib.

O zamanlar homoseksuallıq İngiltərədə qanundan kənar və bir ağıl xəstəliyi olaraq cinayyət hesab olunurdu. 1952-ci il yanvar ayında Turing 19 yaşında olan Alan Murray ilə kinoda tanış olur və Alan Murray bir neçə dəfə Turingin evinə gedərək gecəni bərabər keçirirlər. Bir neçə həftə sonra Alan Murray tanışı ilə birlikdə Turingin evini soymağa getdir. Turing bu oğurluğu polisə bildirir. Polis oğruları yaxalayır və istintaq zamanı Alan Murrayın Turing ilə partnyor olduğu həqiqəti ortaya çıxır. Turing də bunun həqiqət olduğunu etiraf edir.Turing və Murray açıq-saçıq uyğunsuzluqdan günahlandırıb məhkəməyə verilir. Turing peşman deyildi və 50 il əvvəl Oskar Vayıldın başına gələn eyni cinayətdən mahküm edilirdi.Turing məhkumluq vəziyyətinə bağlı olaraq seks istəyini azaltmaq üçün davam edən hormonal müalicə və ya həbs olunmaqla iki seçim arasında qalır. O həbsi seçmir. Buna görə də bir il içində xədim olacaq qədər hormon iynələrini qəbul edir. Günahkar olması dolayısıyla, dövlətin gizli işləri üçün inamlılıq icazəsi qaldırılır və o zamanlar çox gizli olan GCHQDAKİ kriptograflıq məsələlər üzərində davam edən müşavirliyi də sonlandırılır. Turing müharibədən sonra da illərlə çox gizli olan Bletchley Parkda çox mühüm vəzifələrdə çalışıb və homoseksual olmaq cinayətindən məhkəmə tərəfindən məhkum olunub.8 İyun 1954- cü ildə süpürgəçi onu Mançesterdəki evində ölü tapır. Bir gün əvvəl, çarpayının kənarında qoyduğu yarı yeyilmiş siyanid zəhərli alma tapılır.

1966dan bəri, Kompüter Mexanizmləri Birliyi tərəfindən hər il, kompüter aləminə texniki məqalələr yazan bir adama “Turing Mükafatı” verilir. Bu mükafat, hazırda kompüter dünyasının Nobel Mükafatı kimi qəbul edilir.

Turingin Londonda doğum yeri olan binanın önünə və Mançesterdə yaşayıb, öldüyü evinin önünə mavi lövhələr qoyulub. Bu İngiltərəfə dahi şəxslər üçün tətbiq olunan ənənədir.23 İyun 2001-ci ildə Mançesterdə Whitworth Küçəsindəki universitet binaları arasında olan Sackville Parkda Turingin bürünc heykəli üçün açılış mərasimi keçirilib.10 Sentyabr 2009-cu il tarixində, yəni Alan Turingin ölümündən 50 il sonra İngilis baş naziri Qordon Braun görkəmli riyaziyyatçıya edilənlərin dəhşətli olduğunu qəbul etdi və 2013-cü ildə Kraliça 2-ci Yelizaveta, ölümünün ardından Turingə kral əfvi bəxş edib.

Redaktə: Şəhriyar Əlizadə

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır