Sual-Cavab


[spoiler title=”Cinsəl mənsubiyyətim üzündən əgər bir insan mənim şərəf və ləyaqətimi təhqir edibsə, nə etməliyəm?”]

Hörmətli istifadəçi, sualınızı bizə ünvanladığınız üçün sizə təşəkkür edirik. Əgər belə bir hal ilə üzləşmisinizsə sizin məhkəməyə müraciət etmək hüququnuz var. Siz, xüsusi ittiham qaydasında cinayət işinin açılmasına nail ola bilə və maddi – mənəvi təzminat tələb edə bilərsiniz. Sizin üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsindən bu məsələ ilə əlaqədar çıxarışı qeyd edirik.

Maddə 148. Təhqir Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —[148] üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ümüd edirik sizə yardımçı ola bildik.[/spoiler]

[spoiler title=”Ailə üzvlərim mənim gay olduğumu öyrəndikdən sonra ərizə yazıb məni ruhi dispanserə göndərəcəkləri ilə hədələyirlər, nə etməliyəm?”]

Hörmətli istifadəçi, sualınızı bizə ünvanladığınız üçün sizə təşəkkür edirik.

Valideynləriniz bu barədə evdə danışmağa davam edərlərsə, polisə bu barədə şikayət edin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 146-cı maddəsinə görə psixi cəhətdən sağlam olan şəxsi bilə-bilə psixiatriya xəstəxanasına yerləşdirmə— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Onlar ərizə yazıb, məlumatılandıra bilərlər, amma hər bir halda sizin ora yerləşdirilməyiniz üçün müayinə olunmağınız gərəkəcək və sağlam olsanız, sizi ora yerləşdirə bilməzlər. Bu səbəbdən də, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına müraciət edib əvvəllcədən psixi cəhətdən sağlam olmanız barədə arayış ala bilərsiniz.

Ümüd edirik sizə yardımçı ola bildik.[/spoiler]

[spoiler title=”Oxuduğum məktəb direktoru gay olduğumu bildikdən sonra məni cinsəl mənsubiyyət səbəbindən əxlaqsız adlandırmaqla atestat verməyəcəyi ilə hədələyir, nə etməliyəm?”]

Hörmətli istifadəçi, sualınızı bizə ünvanladığınız üçün sizə təşəkkür edirik.

Dərslərinizi yaxşı oxuyursunuzsa, məktəb direktorunun sizi attestat verməyəcətyilə hədələməsinin heç bir qanuni əsası yoxdur. Bu barədə Azərbaycan Respublikası Təhsil Nazirinə şikayət ünvanlaya bilərsiniz. Unutmayın vəzifəsindən asılı olmayaraq heç bir şəxs sizə cinsəl mənsubiyyətiniz səbəbindən hədə – qorxu gələ bilməz. Sizin üçün Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikası Cİnayət Məcəlləsindən olan çıxarışları qeyd edirik:

Azərbaycan Respublikası Konstitusiyası Maddə 42. Təhsil hüququ

Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu tə`min edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətindən asılı olmayaraq iste`dadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsi Maddə 156.: Şəxsi həyatın toxunulmazlığını pozma

156.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—

— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ümüd edirik sizə yardımçı ola bildik.[/spoiler]

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

Yoxlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır