Şirkətlərin LGBT bazarına marağları artır, səbəb?

Baxış sayı:

Çəhrayı qablı mayonez, göy qurşağı rəngində şirniyyatlar, çəhrayı şüşələrdə içəcəklər və göy qurşağı rənginə boyanmış yanacağ doldurma məntəqələri…

Bütün bunlar, həftə sonu Hollandiyanın paytaxtı Amsterdama təşkil edilən qürur yürüşündə (Gay Pride) tez-tez rast gəlinən görüntülərdən bəziləridir.

Ancaq bunlar yalnız qürur yürüşün ilə bitmir. Mütəxəssislərə görə, xüsusilə ABŞ və qərb ölkələrində bir çox şirkət, lezbiyan, gey, biseksual və transseksual (LGBT) fərdləri hədəfləyən məhsulları bazara çıxardırlar. Amsterdamdakı fəaliyyət əsnasında “LGBT bazarına” hədəflənmiş məhsulların sayında iri artım olduğu ortaya çıxır.

“The Marketing The Rainbow” adlı bir tezis üzərinə işləyən marketing mütəxəssisi Alfred Verhoevenə görə, ABŞ-da homoseksual evliliklərin qanuniləşməsindən sonra LGBT fərdlərə hədəflənmiş ticari məhsulların sayında ciddi artım olub.

Verhoeven, Niderland Televiziyasına (NOS) verdiyi müsahibədə, LGBT fərdlərə hədəflənmiş məhsul inkişaf etdirən şirkətlərin 80%  bunu sevərək etdiyini deyir.

Zaman-zaman şirkətlərə “qürur yürüşünü istismar etmə” tənqidi edilsə də, LGBT bazarına istiqamətli məhsullar istifadəçiləri tərəfindən müsbət qarşılanır. Bir çox LGBT fəalları qürur yürüşlərinin siyasi olma məqsədini aşaraq daha çox kommersial xarakterli bir tədbirə çevrildiyini düşünür.

Gilbert Baker’s 66th Birthday – Google Doodle

Son illərdə bir çox şirkət, Amsterdamdakı qürur yürüşünə dəstək verir. Bunlardan biri də, neft nəhəngi Shelldir. Yanacağ doldurma məntəqələrini göyqurşağına rəngləyən şirkət 2001-ci ildən etibarən LGBT ünsiyyət şəbəkəsini, “Pink Pearl”ı həyata keçirdir.

Şirkətin sözcüsü Laura van Lingen fərqlilikləri göstərmək lazımdır deyərək, Shell daxilində çalışan LGBT işçinin iş yerində “özü ola bildiyini” vurğulayır.

Hollandiyanın ən köhnə mağaza zəncirlərindən biri olan HEMA da göy qurşağı rəngində qida məhsullarını bazara çıxardır. Şirkət bu məhsullardan əldə ediləcək gəliri Hollandiya Homoseksual Haqqları Dərnəyinin (COC) məktəb şəbəkəsinə bağışlayacaq.

Hema
HEMA Sosisləri və Tompouce tortları.

HEMA eyni zamanda hər il homoseksual evliliklərin qadağan olduğu Avropa ölkələrindən 4 cütlüyü Hollandiyaya dəvət edir. Şirkət spikerinə görə HEMA cəmiyyətin hər seqmentini qucaqlayan siyasət izləyir.

Homoseksualların haqlarını qoruyan COC-un spikeri Philip Tijsma LGBT bazarına yönəlmiş məhsul sayındakı artımın 20 illik bir mübarizənin nəticəsi olduğunu ifadə edir.

Əvvələr böyük şirkətlərin LGBT birliyi ilə əlaqədar mövzularda addım atmaq üçün ən az üç dəfə düşündüklərini söyləyən Tijsma yalnız göyqurşağı simvolları ilə də olsa şirkətlərin yanlarında olmasını müsbət addım sayır.

COC sözcüsü şirkətlərin bu bazarı hədəfləyərkən öz içlərində də LGBT personal müxtəlifliyinə diqqət göstərməsi lazım olduğunu vurğulayır.

Aşağıda LGBT fərdlərə hədəflənmiş məhsullarını bazara çıxardan başqa uğurlu şirkətlərin də məhsullarının yerləşdirik.

Nike Collors
Nike’s Be True collection is to “celebrate the full spectrum of an athlete’s pursuit of sport.”
Oreo
The rainbow-colored Oreo was a high-profile nod to gay rights.

Mənbələr: BBC Türkcə (https://www.bbc.com/turkce/haberler-dunya-44999996), CNN Money (https://money.cnn.com/2015/01/12/news/companies/lgbt-brands/index.html)

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır