QƏLƏBƏ! Uruqvay hökümətindən trans haqqları üçün böyük addım!

Baxış sayı:

 

Uruqvay höküməti, transseksualların həyatını asanlaşdıracaq bir qanun qəbul etməyi qərara aldı. Bu qanun transseksuallara özünü müəyyən etmək haqqı verəcək.

Qüvvəyə minəcək olan yeni qanun sayəsində, transseksuallar məhkəmə razılığına ehtiyac olmadan istədikləri cinsiyyəti və adı rəsmi sənədlərdə istifadə edə biləcəklər.

Qanun, transgender şəxslərin cinsi şəxsiyyətlərinə, bioloji, genetik, anatomik, morfoloji və ya hormonal vəziyyətlərinə görə, azad şəxsiyyət inkişafını dəstəkləməyi nəzərdə tutur.

https://twitter.com/PedroJulio/status/1054102344537903104

Uruqvayda transseksuallar 2009-cu ildən etibarən, rəsmi sənədlərdə göstərilən cinsiyyətlərini dəyişdirə bilirlər.

Yeni qanun sayəsində, qarşımızdakı 15 il içərisində hökümət işlərinin ən az yüzdə bir hissəsi transseksuallara veriləcək.

Bundan əlavə, Uruqvayda 1973-1985-ci illər arasında hökm sürən diktatorluğa görə, 1975-ci ilin dekabr ayından əvvəl doğulan bütün translara maaş veriləcək.

Qanun, ölkədə trans haqqları üçün mübarizə aparan hər kəs tərəfindən sevinclə qarşılandı.

Dünyanın digər ölkələri də, yavaş-yavaş ikili sistem xaricində qalan şəxslərin özlərini və cinslərini daha asan ifadə edə bilməsi üçün, addımlar atırlar. Bu mövzuda İrlandiya, Danimarka və Norveç aparıcı ölkələr sırasındadır.

Azərbaycan trans şəxslər də, daxil olmaqla eynicinslilərin qeyri-qanuni yollarla hüquqlarını tapdasın, Uruqvay isə, hormon müalicəsi və cinsiyyət əməliyyatlarını dəstəkləyir və zərərçəkmişlərə kömək etmək üçün əlindən gələni edir…

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: qubadibadli

https://www.facebook.com/gubad.ibadli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır