Nifrət cinayətləri ilə əlaqədar DİN-ə müraciət göndərilib

Baxış sayı:

Müraciətdə qeyd olunur ki, cinsi azlıqların Azərbaycanda müdafiəsi qənaətbəxş deyildir və bunun ciddi fəsadları artmaqdadır. Belə ki, son 10 gündə 2 nifrət cinayəti baş verib. Bunlardan biri ölümlə nəticələnib. Adını qeyd edə bilməyəcəyimiz 19 yaşlı gənc uzun zamandır ailəsinin və ətrafındakı insanların onu diskriminasiya etməsi və başqa insan tərəfindən şantaj edilməsinə dözməyərək özünü öldürüb.

Nifrət cinayətinin qurbanı olmuş digər gəncin isə 17 yaşı var. O qardaşının dostu tərəfindən aldadılaraq görüşə çağırılıb və 8 nəfər tərəfindən zorakılığa məruz   qalıb. Həmin şəxslər hadisəni video lentə çəkərək valideynlərinə deməyəcəkləri müqabilində pul istəməklə şantaj ediblər. Nəticədə həmin gənc istənilən məbləği verə bilmədiyi üçün cinayəti törətmiş şəxslər dolayısı yolla valideynlərinə onun gay olduğunu bildiriblər. Hal – hazırda valideynləri tərəfindən döyülən gəncdən heç bir xəbər yoxdur.

Bununla yanaşı, 2013 – cü ilin dekabr ayında Nəfəs LGBT Azərbaycan Alyansının rəhbəri Cavid Nəbiyev dəfələrlə  Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək, təhlükəsizliyinin təmin edilməsi və təhdid edənlər barədə araşdırma aparılmasını xahiş etsə də, hüquq-mühafizə orqanları edilən müraciəti araşdırmır. Edilən təhdidlər isə getdikcə artır. Hüquq Mühafizə orqanlarının, xüsusi ilə risk qrupuna daxil olan cinsi azlıqlara laqeyd yanaşması səbəbkarların cəzası qalması və hədə-qorxuların daha da şiddətli hal almasına, nifrət cinayətlərinin artmasına, nəticədə hüquq-mühafizə orqanlarına etibarın azalmasına gətirib çıxarır.

Yaranmış vəziyyəti Nəfəs LGBT Azərbaycan Alyansı olaraq pisləyirik. İnsanların cinsi ayrı-seçkiliyə məruz qalması və şəxsi həyatına görə təqib edilməsi, hədə – qorxu gəlinməsi yolverilməzdir. Bu səbəbdən, Sizə müraciət edirik ki, yaranmış vəziyyətin araşdırılması, xuliqanlıqla məşğul olan qrupların müəyyənləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi, hüquq-mühafizə orqanlarının qanunda nəzərdə tutulmuş formada bizimlə əməkdaşlıq etmələri üçün göstəriş verəsiniz.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır