Bakıda homoseksual fərd soyğunçuluq halı ilə üzləşib. Cinayətdə şübhəli bilinən şəxslər polis tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, naməlum şəxslər Ə.N.-in 100 dollar, 75 manat və süni saçını (parik) soyğunçuluq yolu ilə ələ keçiriblər.
Moderator.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Hacıqabul rayon sakinləri Cavid Qasımov və Ceyhun Məlikov tutulub.
Qeyd edək ki, bir neçə gün öncə bir qız bacısının lezbiyan olduğunu iddia edərək başını kəsib.