Nəfəs LGBT Azərbaycan Alyanı LGBT Tədrisi üçün Qlobal İttifaqla (GALE-Global Alliance for LGBT Education) əməkdaşlıq əsasında “Təhsil üçün tədqiqat hüququ” layihəsi həyata keçirir.
Layihənin əsas məqsədi Azərbaycanda LGBT təhsil üçün mövcud vəziyyətin araşdırılması, LGBT (lesbiyan, gay, biseksual, transgender) insanlar üçün təhsil hüququnun mümkün və ya mümkünsüzlüyünün, həmçinin təsir edici amillərin müəyyənləşdirilməsidir.
Dövlətin LGBT insanlarla bağlı yürütdüyü təhsil siyasətinin keyfiyyət dərəcəsini müəyyənləşdirmək üçün 16 sualdan ibarət anket sorğusu hazırlanıb. Sorğu Azərbaycan və İngilis dilində olmaqla onlayn aparılır.
Sorğuya keçid üçün üçün buraya daxil olun.
Sorğu 2013 – cü ilin sonuna qədər aparılacaq və sonda LGBT insanların təhsil alma prossesində qarşılaşdığı problemlər, ümumilikdə vəziyyəti əks etdirəcək xəritə hazırlanacaq. Sorğunun Azərbaycanda həyata keçirilməsi üçün Nəfəs LGBT Azərbaycan Aliyansı partnyor təşkilat olaraq seçilib.