Nəfəs LGBT Avropa İttifaqı və digər ölkə səfirlikləri ilə yeni QHT qanunvericiliyini müzakirə edib


Nəfəs LGBT Azərbaycan Alyansı nümayəndə heyyəti Norveç, Böyük Britaniya, Fransa, İsveçrə, ABŞ səfirlikləri vəAvropa İttifaqının Bakı nümayəndəliyi ilə görüşüb. Dəyirmi masa ətrafında baş verən görüşün əsas məqsədi QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara edilmiş son əlavə və dəyişikliklərin müzakirəsi olub. 

Təşkilatın rəhbəri Cavid Nəbiyev  ilk olaraq qanunvericiliyə edilən dəyişikliklərin beynəlxalq normalara uyğun olub – olmadığı məsələsinə toxunub:  “Edilən əlvə və dəyişikliklər İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyası (AİHK), Avropa Məhkəməsinin müvafiq presedent hüququ da daxil olmaqla bir sıra beynəlxalq hüquqi sənədlər ilə Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərinə, Avropa Şurası Nazirlər komitəsinin üzv dövlətlərə “Avropada qeyri-hökumət təşkilatlarının hüquqi statusu haqqında” 14 saylı tövsiyyəsinin bəndlərinə, o cümlədən birləşmək azadlığı sahəsində vəziyyətin yaxşılaşdırılmasına dair beynəlxalq təşkilatların çağırış və tövsiyyələrinə ziddir. Ümimilikdə qəbul edilən qanunvericilik demokratikləşmə yönündə fəaliyyət göstərən QHT – lərin fəaliyyətini məhdudlaşdırmaq və fəaliyyətlərinin ləğv edilməsini asanlaşdırmağa yönəlib.”

Həmçinin təşkilət rəsmiləri səfirlik nüməyəndələrinə Nəfəs LGBT Azərbaycan Alyansının qeydiyyatla bağlı üzləşdiyi problemdən danışıb. Onlar bildiriblər ki, indiyə qədər təşkilatda Ədliyyə Nazirliyindən qeydiyyata alınmamaq narahatlıq doğururdusa, indiki halda qanunvericiliyə edilən əlavə və dəyişikliklər bizdə başqa bir narahatçılıq doğurur: “İndiyə qədər qeydiyyata alınmağımızla bağlı Ədliyyə Nazirliyinə müraciət göndərsək də heç bir formada qeydiyata alınıb alınmamaqla bağlı cavab almaq imkanımız olmayıb. Qeydiyyata alına bilməməyimiz bizim fəaliyyətimizdə ciddi problemlər yaradır. Qeydiyyatın olmaması bizim müəyyən fəaliyyətlər göstərmək, o cümlədən qrant müsabiqələrində iştirak etmək, müxtəlif xidmətlər göstərmək imkanlarımızı məhdudlaşdırır. Bütün bu problemləri aradan qaldırmaq üçün qeydiyyata alınmağımızın şərt olduğunu düşündüyümüz halda, son dəyişikliklər qeydiyyata alındıqdan sonra da vəziyyətin yaxşılaşmayacağını göstərir. Halbuki, qarşıdan Azərbaycanın Avropa Nazirlər Kabinetinə rəhbərlik etməsi dönəmi gəlir. Sədrlik ərəfəsində Azərbaycanda LGBT hüquqlarının və qanunvericiliyinin Avropa parlamenti səviyyəsində müzakirəyə çıxarılması, nəticədə qanunvericilik təşəbbüslərinin edilməsi üçün təşkilat olaraq böyük bir kampaniyanın aparılmasını hədəfləyirik. ”

Sonda təşkilat rəsmiləri görüş iştirakçılarından Avropa İttifaqının öz adından Nəfəs LGBT Azərbaycan Alyansının qeydiyyat sənədlərinin Ədliyyə Nazirliyinə göndərilməsini və indiki halda qarşılıqlı əməkdaşlıq formaları haqqında ciddi düşünmələrini xaiş edib.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

Yoxlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır