Nəfəs LGBT Avropa İttifaqı və digər xarici ölkə səfirlikləri ilə görüşüb

Baxış sayı:

Nəfəs LGBT Azərbaycan Alyansı nümayəndə heyyəti  Almaniya, Niderland, Norveç, Böyük Britaniya , Belçika, İsveçrə, ABŞ səfirlikləri və Avropa İttifaqının Bakı nümayəndəliyi ilə görüşüb. Dəyirmi masa ətrafında baş verən görüşdə ölkədəki LGBT hüquqlarının vəziyyəti, LGBT insanların sosial statusu və üzləşdiyi problemlər müzakirə olunub. Səfirliklər öz çıxışlarında bildiriblər ki, Avropa – Azərbaycan münasibətlərinin inkişafında fundamental insan hüquqlarının müdafiəsi, o cümlədən LGBT insanların hüquqi statusunun qorunması məsələləri bizim üçün prioritetdir.

Həmçinin, Nəfəs nümayəndələri keçirdikləri “LGBT iş mühiti” sorğusunun nəticələrinin təqdimatını ediblər. Sorğu müxtəlif bank, turizm, səhiyyə, təhsil, kiçik və böyük ticarət mərkəzləri, QHT – lər arasında aparmaqla 500 respondenti əhatə edib. Sorğunun keçirilməsində əsas məqsəd LGBT insanların iş mühitində üzləşə bildiyi neqativ halların, ümumilikdə iş mühitində onlara olan münasibəti, respondentlərin LGBT mövzusunda olan biliklərini müəyyənləşdirməkdən ibarət olub.

Sorğu 5 ay müddətində olmaqla Azərbaycanın 8 bölgəsində aparılıb. Əldə olunan nəticələrə əsasən təşkilat yeni proqramların hazırlanmasını nəzərdə tutur. Sorğunun nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır