Millət vəkili Fazil Mustava nifrət çağırışlarına davam edir

Baxış sayı:

Bir gün öncə, 24 iyun tarixində Bakının Səbail rayonu, Səid Rüstəmov 26 ünvanında yaşayan 1988-ci il təvəllüdlü Transseksual qadın Dəmirova Ayla bıçaqla qətlə yetirlib. Bu artıq 2015 – ci il ərzində qətlə yetirilən 3 – cü LGBT şəxsdir. Milli Məclisinin deputatı Fazil Mustafa isə nifrət çağırışları etməkdədir.

Hadisə yerində onunla eyni evdə yaşayan 2 yaxın rəfiqəsi də olub. Onlar Aylaya kömək etmək məqsədilə otağa keçiblər. Bu zaman onlara da bıçaq xəsarəti yetirilib. Hadisə zamanı onlardan biri çiynindən, digəri isə ağzından bıçaq zərbələri alıb. İstənilən halda Nəfəs LGBT Azərbaycan Alliansı olaraq baş verən hadisəni pisləyirik. Ümüd edirik ki, Azərbaycan hüquq mühafizə orqanları baş vermiş cinayət hadisəsi ilə əlaqədar düzgün təhqiqat apararaq, cinayətkarın cəzalandırılmasının təminatçısı olacaqlar.

Bizi sarsıdan digər bir məqam isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafanın baş vermiş hadisə ilə bağlı verdiyi müsahibə olub. Fazil Mustafa ümumilikdə LGBT fərdlərə qarşı homofobiq çıxışları ilə daima gündəmdə olub. Baş vermiş bu hadisəyə də münasibət bildirən Fazil Mustafa bildirib ki, homoseksuallıq bir xəstəlikdir. Cinsiyyət dəyişdirilməsini İnsan əxlaqına və təbiətinə zidd olan hadisə kimi qiymətləndirən millət vəkili cəmiyyəti homoseksual insanlara qarşı sərt mövqe nümayiş etdirməyə səsləyib.

Millət vəkilinin fikrincə, Azərbaycanda belə halların yayılmasının əsas səbəbi həqiqi dini təsəvvürlərin olmamasıdır və homoseksuallığı İslam dininə təhlükə hesab edir: Cəmiyyətin mənəvi dəyərlərinə qarşı müəyyən hücumlar var. Buna görə də belə hallara qarşı müəyyən tədbirlərin görülməsi qaçılmazdır. Ona görə də cəmiyyətdə buna qarşı bir sərt mövqe ortaya qoyulmalıdır.

Millət vəkili hesab edir ki, kişinin cinsiyyətini dəyişdirməsi Allaha qarşı üsyandır: “Mən insanın öz təbii mahiyyətindən uzaqlaşmasını Allaha üsyan kimi qiymətləndirirəm. Bu yaradana üsyandır. Allah insanı kişi yaradıbsa, sonradan onu necə qadına çevirirlər? İnsan necə yaradılıbsa, eləcə də qalmalıdır.“ Deputat fikirlərinə əlavə edib ki, dövlət vəzifələrində çalışan bəzi şəxslərin homoseksuallığa meyilli olmaları ilə bağlı cəmiyyətdə söz-söhbətlər dolaşır. O cür fiziki üzdəniraq şəxsləri dövlət vəziflərinə təyin etmək olmaz.

Təşkilat olaraq Fazil Mustafanı verdiyi açıqlamalarda ehtiyyatlı olmağı tələb edirik. Çünki, etdiyi nifrət çağırışları cəmiyyətdə artmağa davam edən homofobiq insanlara haqq qazandırmaqdadır. Həmçinin, bildirmək istərdik ki, bundan sonra baş verəcək nifrət cinayətlərində bir başa Fazil Mustafa məsuliyyət daşıyır. Millət vəkili unudub ki, Azərbaycan hüquqi dövlətdir və din dövlətdən ayrıdır. Azərbaycan respublikası din və ya bütə çevrilmiş milli dəyərlərlə idarə olunmur. Dinindən, irqindən, millətindən, yaşından, cinsi oriyentasiyasından asılı olmayaraq hər bir insanın yaşamaq hüququ var. Öldürülənin oriyentasiyasından nə olur-olsun; istər lezbiyan, istər gey, istər biseksual, istər transgender – bütün qətl hadisələri birmənalı olaraq pislənilməlidir. Sonucda öldürülən insandır, bu ölkənin vətəndaşıdır. Digər tərəfdən Fazil Mustafa nəzərə almalıdır ki, onun göstərdiyi münasibəti Azərbaycan Respublikası prezidenti İlham Əliyevin mövqeyi ilə üst – üstə düşmür. İlham Əliyevin 24 iyun 2014 – cü il yarixində AŞPA-dakı çıxışı zamanı ona verilən suallara rəsmi cavab olaraq bildirmişdi ki, Azərbaycanda LGBT hüquqları tam qorunur. Digər tərəfdən millət vəkili unutmamalı olduğunuz bir məqam da ondan ibarətdir ki, 1999 – ci il Azərbaycan Respublikası Cinayət Məcəlləsi təsdiq edildiyi zaman homoseksuallıq cinayət məcəlləsindən çıxarılmışdır. Eks prezident Heydər Əliyevin bu cinayət məcəlləsini öz imzası ilə təsdiqləmişdir.

Nəfəs LGBT Azərbaycan Alyansı olaraq  Fazil Mustafadan etdiyi nifrət çağırışlarını dayandırmağını tələb edirik.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır