LGBT rəhbərinin müraciətində qərəzli qərar alındı

Baxış sayı:

Nəfəs LGBT Azərbaycan Alyansının rəhbəri Cavid Nəbiyev1 8 yanvar 2014 – cü il tarixdə Sumqayıt şəhər polis idarəsinə X.A tərəfindən sosial şəbəkələrdən birində məcburi olaraq arzu olunmaz formada intim əlaqəyə təhrik etmə, sosial şəbəkədə şərəf və ləyaqətin təhqir edilməsi, öldürülmə ilə hədə – qorxu gəlmə, həmçinin 30 dekabr 2013 – ci il Sumqayıt şəhərində ictimai yerdə həmin şəxsin digər 3 nəfərlə birlikdə hücum etməsi ilə bağlı şikayət etmişdir.

Lakin, aidiyyatı qurum məsələ ilə lazımı formada maraqlanmayaraq obyektiv qərar verməyib. Belə ki, təhqiqat nəticəsində Sumqayıt şəhər 4 saylı polis idarəsi tərəfindən 07 fevral 2014 – tarixində verdiyi qərara əsasən müəyyən olunub ki, vətəndaş X.A – nın etdiyi əməllərdə heç bir cinayət tərkibi yoxdur. Həmçinin işin gedişatı zamanı müəyyən olunub ki, sosial şəbəkələrdə vətəndaş X.A – nın Cavid. Nəbiyevi ölüm ilə hədələmədiyi, hətta ictimai yerdə C.Nəbiyevin həmin şəxsə yaxınlaşaraq X.N – nın internet üzərindən ona dediklərini üzünə deməsini bildirib.

Halbuki, X.A sosial şəbəkələrdə dəfələrlə C.Nəbiyevin şərəf və ləyaqətini təhqir etmiş, onun ünvanını bildiyini və evində, yaxud da küçədə onu öldürəcəyi, döyəcəyi ilə bağlı hədələr etmiş, 30 dekabr 2013 – cü il tarixində saat 22:00 radələrində X.A daxil olmaqla 4 nəfərin onu Sumqayıt şəhər Cavid Ticarət Mərkəzinin yanında kənara çəkərək nəlayiq söyüşlər söymüş və hadisə yerindən qaçmışdır. Bununla yanaşı 07 fevral tarixində verilən qərarla şikayətçi C.Nəbiyev indiyə qədər heç bir məlumatla təmin edilməyib.

Belə olduğu halda C.Nəbiyevin şəxsi həyatına edilən ölüm və fiziki güc hədələrinin nəzərə alınmadan  X.A – nın sadəcə İnzibatı Xətalar Məcəlləsinin 296 – ci maddəsi ilə təqsirli bilinməsi təhqiqatın ciddi aparılmadığını, qərəzli olduğunu və prossesin qapalı aparıldığının, bağlanması üçün rüşvət hallarının olduğunu göstərir.

Artıq prosses ibtidai  araşdırmaya prosessial rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokurorluğundan alınaraq Bakı şəhər prokurorluğunun tələbi ilə onlara təhvil verilib.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır