Litva Gay Liqası-nın ofisinə hücum olub

Baxış sayı:

Avqustun 10-u gecə saatlarında naməlum şəxs Litvanın LGBT hüquqları müdafiəsiylə bağlı fəaliyyət göstərən birliyin ofisinə hücum edib.

Litva Gay Liqası (LGL) – nin ofisinin girişi naməlum arsonist fərd tərəfindən yandırıldıqdan sonra hüquq mühafizə orqanları istintaqa başlayıb.

Ofisin qarşısından keçərkən taksi sürücüsü yanğını aşkar edib. O, təcili xidmət əməkdaşları hadisə yerinə çatana kimi portetiv yanğın söndürücüdən istifadə edərək yanğının yayılmasının qarşısını alıb.

Gay Star News-a danışan LGL təşkilatının əlaqələr üzrə koordinatoru Eglė Kuktoraitė bildirib ki, bu gün ofisə daxil olarkən yanmış qapını müşahidə edib: Biz ümüd edirik ki, polis bu hadisəni nifrət cinayəti olaraq qeydə alacaq. Ofisimizin pəncərəsində göy qurşağı bayrağı var. Heç bir halda bu təsadüfi hadisə ola bilməz. Hadisə gecə saat 4 radələrində baş verib. İnsanların küçədə olmadığı bir vaxtda. Hadisə həqiqətən qəribədir. Artıq 2018-ci ildir.”

O vurğulayıb ki, polisin baş verənləri nifrət cinayəti kimi qeydə alması çox önəmlidir. Çünki, onlar adətən homofobik hadisələri “vandalizm” olaraq qeydə alırlar.

“Hadisə nifrət əsasında baş verib” Kuktoraitė vurğulayıb.

Baş verən hücumdan sonra qürurlu və məğrur dayanırıq

Baş verən hadisə ilə bağlı LGL Facebook səhifəsində “qürurlu və məğrur dayanırıq” deyərək paylaşım edib.

“Nifrət dolu insanların bizi dayandıra biləcəklərini düşünməsini istəmirik. Biz doğru olan fəaliyyətimizə davam edəcəyik.

LGL-in icraçı direktoru Vladimir Simonko da bu bəyanatı təsdiqləyib.

“Baş verən hadisə onu göstərir ki, cinsi oriyentasiya və gender kimliyi zəminində baş verən nifrət cinayətləri Litvada əsas problemlərdən biri olaraq qalmaqdadır. 2018-ci il və Vilnüsun mərkəzində belə bir formada hadisənin baş verməsi həqiqətən üzücüdür.”

Polis sözçüsü hadisə ilə bağlı qeyd edib ki, istintaqın nəticəsi olaraq baş verənlər vandalizm hərəkəti olaraq qiymətləndirilib və o, “nifrət cinayətləri” anlayışı ilə tanış olmadığını qeyd edib.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Cavid Nəbiyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır