Nəfəs LGBT rəhbərinə qarşı təbliğat kampaniyası aparılır

LGBT Azerbaijan Cavid Nabiyev

Nəfəs LGBT təşkilat rəhbərinin insan hüquqları müdafiəçilərinin iştirakı ilə İsveçdə keçirilən konfransda Azərbaycanda insan hüquq və azadlıqlarının, o cümlədən LGBT hüquqlarının ağır vəziyyətdə olmasını dilə gətirməsi siyasi hakimiyyətin narahatlılığına səbəb olub.

Tədbirdən qayıdandan sonra təşkilat rəhbərinə və təşkilata qarşı ictiamiyyət, əsasən də LGBT insanlar arasında nüfuzdan salma kampaniyası aparılmaqdadır.

Bu çirkin kampaniyanın həyata keçirilməsində illərdir Azərbaycanda yeganə LGBT təşkilatı kimi fəaliyyət göstərən və hakimiyyətlə sıx əməkdaşlıq edən Gender və Tərəqqi təşkilatından istifadə edilməkdədir. Belə ki, təşkilat rəhbərliyi başda olmaqla, təşkilatın əməkdaşları Nəfəs LGBT Azərbaycan Alyansının rəhbəri Cavid Nəbiyev və Nəfəs LGBT -yə qarşı sosial şəbəkələrdə təhqirlər edir və hədə-qorxu gəlməklə məşquldurlar.

Həmin təşkilat üzvləri tərəfindən belə bir rəftar birinci dəfə deyilki baş verir. Eyni hadisələr Yanvar ayında intihar edən, Azad LGBT təşkilatının sədri İsa Şahmarlıyla əlaqədar Nəfəs LGBT Azərbaycan Alyansının təşkil etdiyi mətbuat konfransından sonra da baş vermişdi. Həmin şəxslər təşkilat rəhbərinə qarşı facebook sosial şəbəkəsində təhqirlər edirdilər. Həmin mətbuat konfransında, o cümlədən, yerli və xarici media qurumlarına verdiyi intervyularda Cavid Nəbiyev Azərbaycandakı mövcud siyasi idarə etmənin LGBT hüquqlarına, homofobiya və transfobiyaya təsir etməsindən, islahatların keçirilməsində maraqlı olmamasını vurğulamışdır.

Bununla yanaşı Nəfəs LGBT Azərbaycan Alyansının rəhbəri Gender və Tərəqi təşkilatını geniş resursları olmasına baxmayaraq illərdir homofobiyanın aradan qaldırılması, hüquqi bazanın inkişaf etdirilməsi istiqamətində heç bir fəaliyyət göstərməməsi, əməkdaşlıq etdiyi beynəlxalq təşkilatları “Azərbaycanda insan hüquqları pozulmur” kimi ifadələrlə reallığa xas olmayan yalnış informasiyalarla aldatması, İsa Şahnarlının cinayət işi ilə maraqlanmaması üçün tənqid etmişdir. Əvəzində isə təhqirlər ilə dolu münasibətlə qarşılaşmışdır. Hətta həmin şəxslər Cavid Nəbiyevin illərdir Azərbaycanda ifadə azadlığı və seçki hüququ sahəsində apardığı fəaliyyəti “Hakimiyyətin düşməni”, “Müxalifətçi” və buna bənzər fikirlər işlətməklə LGBT insanlar arasında təşkilat rəhbərinə qarşı təbliğat aparmaqdadırlar.

Bütün bu hallar bizə deməyə əsas verir ki, Gender və Tərəqqi təşkilatının göstərdiyi münasibət əməkdaşlıq etdiyi siyasi hakimiyyətin marağına xidmət etməkdədir. Gender və Tərəqqi təşkilatını beynəlxalq tədbirlərdə iştirak edərkən Azərbaycanda insan hüquqlarının pozulmadığını deyərək əməkdaşlıq etdiyi təşkilatları aldatmamağa, siyasi hakimiyyətin mənfi təbliğat alətinə çevrilməməyə, ictimaiyyət, o cümlədən LGBT insanlar arasında Nəfəs LGBT Azərbaycan Alyansı və onun rəhbərinə qarşı mənfi təbliğat aparmamağa çağırırıq.

Nəfəs LGBT Azərbaycan 2012 – ci ilin dekabrında Azərbaycanda insan hüquq və azadlıqlarının, o cümlədən LGBT hüquqlarının inkişaf etdirilməsi və qorunması, bu istiqamətdə qanunvericilik islahatlarının aparılması, nifrət çağırışları və nifrət cinayətlərinin aradan qaldırılması məqsədi ilə yaradılıb.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.
Administrator

Müəlif Haqqında Məlumat: Administrator

Yoxlama

Sizin Üçün Tövsiyəmiz

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır