LGBT miqrantların təsirli həyat hekayələri


Son illər ərzində insan haqqları sahəsində həyata keçən radikal dəyişikliklərə rəğmən, LGBTI+ fərdi olmaq hələ də 70 ölkədə qeyri-qanunidir. Ölüm cəzası olan ölkələrlə yanaşı, bir neçə ölkədə siz, kimisə sevdiyinizə ya da özünüz olduğunuza görə ömürlük həbs cəzası ala bilərsiniz.

Keçdiyimiz ay “Immigration Equality” , “NYC’s LGBT Community Center” və Steven Laxton-ın əməkdaşlığı ilə öz ölkələrindən qaçmaq məcburiyətində qalmış onlarla LGBTI+ fərdinin hekayəsi gün üzünə çıxdı. Onlardan beşini sizə təqdim edirik:

Denis, Trinidad

Denis Trinidad-dan ABŞ-a gəlmiş bir transgenderdir. O deyib ki, onun ABŞ-a gəlməsinə ən böyük səbəb, bir dəfə küçədə bir qrup qadın və kişi tərəfindən vəhşicəsinə döyülməsi olub. Denis o an fərqinə varıb ki, yaşamaq üçün o, bu ölkədən qaçmalıdır. O öz ölkəsində olarkən pis rəftara məruz qalıb və dörd dəfə infakt keçirdib. Denis eyni zamanda transgender olduğu üçün işini və evini itirib, metro stansiyasında yatmalı olub və təhdidlərə məruz qalıb. ABŞ-a getdikdən sonra belə o, dörd il post-travmatik əsəb pozuqluğundan əziyyət çəkib. Denisin ABŞ-a sığınacaq müraciəti ilk dəfə rədd edildiyində o tamamən ruhdan düşsə də, Immigration Equality-nin köməyi ilə o axır ki məqsədinə nail olub. Denis deyir ki, o qazandıqlarının əvəzini vermək istəyir. “Mən burada sevgi ilə qucaqlandım və sevdiyim insanla əl-ələ gəzəbilmə haqqını qazandım. Mən anlayıram ki, Amerikanın möhtəşəmliyi onun insanlarındadı və indi mən də bu möhtəşəmliyin bir parçasıyam.”

Maks, Özbəkistan

Maks homoseksuallığın qadağan olduğu bir yerdə, Özbəkistanın Daşkənd şəhərində anadan olub. Maks deyir ki, o yaşamağa 25 yaşında Moskvaya köçdükdən sonra başlayıb. İlk sevgisi, ilk görüşü vəs. şeylər ilk dəfə orada baş verib və o Rusyada Özbəkistanda olduğundan daha rahat hiss edib. O qeyd edib ki, bütün bu “azadlıq” 2003-ə qədər davam edib. 2003-dən sonra Rusyada da LGBTI+ icmasının vəziyyəti pisləşməyə və Max təkcə insanlar tərəfindən yox, polis tərəfindən zorakılığa məruz qalmağa başlayıb. 2013-də isə o ABŞ-a qaçmaq qərarı alıb və hal hazırda New York-da yaşayır. O deyir ki, Rusyadakı dostları ilə bağlı narahtdır, amma buna baxmayaraq indi o Amerikada özünü xoşbəxt hiss edir.

Valentina, Kolumbiya

Valentina Kolumbiyalı transgender qadındır. O məktəb illərindən bəri feminen davranışlarına görə həm müəllimlər, həm də şagirdlər tərəfindən zorakılıq görüb. Həyatının məktəbdən sonrakı dönəmində də problemlər onu rahat buraxmayıb. Beləki, qonşuları Valentinanı əgər başqa yerə köçməzsə, öldürməklə hədələyirmişlər. Qonşuları Valentinaya deyirmiş ki, onlar yaxın ərazidə “üzdən iraqları” görmək istəmirlər. Valentina polisə müraciət etməsinə rəğmən buradan da mənfi cavab alıb, hətta polislər onun özünün bu haldan məsuliyyət daşıdığını, öz günahı olduğunu deyiblər. Beləliklə Valentina, ABŞ-a qaçmalı olub. İndi o ABŞ-da LGBTI+ fərdlərinin haqqlarıyla bağlı bir çox işə imza atıb. Eyni zamanda Valentina, öz hekayəsini başqalarıyla paylaşmaq və onlara ilham vermək barədə çox həvəslidir.

Alena, Rusya

Alena Rusyada yaşayan, öz kiçik biznessi olan, lezbiyan bir Tatar qadındır. O 2009-da ilk dəfə Amerikaya ayaq basanda azadlıq və güvənli yer axtarırdı ancaq onun demək olar ki heç pulu yox idi və çox az İngiliscə danışa bilirdi.  Lakin indi Alena, Immigration Equality-nin dəstəyi ilə sığınacaq alıb və qızıl işinə girib. Onun altı işçisi var və yaxınlarda ABŞ vətəndaşlığını əldə etdi.

 Sergey, Qazaxıstan

Sergey deyir ki, o elə bir yerdə böyümüşdü ki, homoseksuallığın psixolojik problem olduğuna və müalicə edilə biləcəyinə inanırmış. Ancaq özünün homoseksual olduğunu anladığında o özünü asanlıqla olduğu kimi qəbul edib və bu fikirlərindən daşınıb. Sergey jurnalist olaraq ABŞ-a gəldiyi günə qədər elə bilirmiş ki, o bir homoseksual olaraq həmişə gizlin həyat yaşamalıdır. Ancaq ABŞ-daki LGBTI+ fərdlərinin necə azad olduğunu gördükdə, öz ölkəsində də LGBTI+ məsələləriylə bağlı yazmaq və insanları bu sahədə məlumatlandırmaq üçün özündə cəsarət tapıb. Yazılarının qarşılığında ölüm təhdidləri alması isə heçdə gec olmayıb. Beləcə Sergey, Amerikaya qaçıb və sığınacaq alıb. Hal hazırda o Brooklyndə yaşayır və əriylə xoşbəxt həyat sürür.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

Yoxlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır