LGBT Aktivistləri Serbiyanın Homoseksual Nazirini Qürur Yürüşündə İstəmir!


Serbiyanın LGBT icmasının üzvləri, LGBT problemləri ilə bağlı yetərli inkişaf olmadığı üçün, ölkənin homoseksual baş nazirinin hər il keçirilən qürur yürüşündə xoş qarşılanmayacağını deyib.

Ana Brnabic ötən il Serbiya baş naziri oldu və o bu vəzifəyə təyin olunmuş ilk qadın və ilk homoseksual fərdir. Ötən il qürur yürüşünə qatıldı, amma bu il LGBT problemləri ilə bağlı çox az irəliləyiş qeydə alınıb.

Bəzi aktivistlər, siyasətçilərin qürur yürüşlərinə iştirak etmələrini əngəlləmək üçün, “Say No” adlanan bir səfərbərlik başladıb. Brnabic isə, “LGBT problemlərini düzəliş məsələsində xəyal qırıqlığı” olması səbəbiylə bu səfərbərliyin mərkəzində. Ötən il qürur yürüşündə, “Həyat şəraiti, inflyasiya kimi mühüm məsələləri həll etdikdən sonra LGBT problemləri ilə məşğul olacağıq” – deyə açıqlama verən Brnabic, LGBT fərdlərin diqqətini üzərinə çəkmişdi.

Serbiyanın qürur yürüşləri adətən olduqca çətin olur. 2010da ki, yürüşdə 100 nəfər yaralandıqdan sonra Daxili İşlər Nazirliyi qürur yürüşünü bir neçə il ərzində qadağan etmişdi. 2014-ə qədər başqa qürur yürüşü olmadı. Evlilik bərabərliyi hələ də Serbiyada mövcud deyil və aparılan sorğulara görə Serbiyada yaşayan insanların%90ı homoseksual cütlərin uşaq övladlığa götürməsinə qarşı çıxır. Bu ilin əvvəlində Brnabic, hökumət sədrinin homoseksuallara nifrət edən ifadələrinə reaksiya verməsi ilə diqqət çəkmişdi.

Nenad Popovic, “Hökumət doğum saylarını artırmağa çalışır, amma eyni zamanda homoseksual komikslərə icazə verir. Rokonun iki atası var, Annanın iki anası var cümlələrini normallaşdırmağa çalışanlardan çəkinək”. Deyə danışmışdı. Brnabic də Nenadın işinin, “Rokonun, Annanın, Stefanın, Milos’un və digər bütün uşaqların Serbiyada qalmasını təmin etmək olduğunu, valideynlərinin kimlər olacağı və ilə məşğul olmaması lazım olduğunu” söyləmişdi.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

Yoxlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır