Jurnalist Vəfa Zeynalova: “Mediada LGBT-yə aid olan  qərəzsiz xəbərlərlə nadir hallarda qarşılaşmışam” – MÜSAHİBƏ

Baxış sayı:

Frilans jurnalist Vəfa Zeynalovanın nefeslgtb.org saytına müsahibəsi.

Azərbaycanda LGTB fərdlərə münasibət bildiyimiz kimi çox pisdir. Sizcə bunun səbəbi nədir?

İlk səbəbi ənənəvi cəmiyyətdir. Həm də ki, SSRİ-nin dağılmasından kifayət qədər vaxt keçsə belə, o zaman qəbul olunmuş anlayışlar hələ də durur. Həyatımızın digər sahələrində müəyyən dəyişiklər olsa belə (ümumiyyətlə həyatın dəyişməsi, sərhədlərin açılması,  istənilən informasiyanın əlçatan olması), LGBT mövzuları sahəsində boşluq var.

İkinci səbəb insanların tanımadığı məqamın qarşısında qorxularıdır. Sovetin dağılması tək iqtisadi formasiyanın dəyişilməsi deyil. Bütün həyat, mənəvi oriyentirlərin dəyişməsi də deməkdir. Bu anda insanlar tanış, doğma “adət-ənənəyə” üz tutmalı olurlar. Və çox zaman LGBT mövzusunu müzakirə edəndə “mentalitetə” apellyasiya etməyə başlayırlar.

LGBT icmasının problemlərini digər insanların problemləri kimi, sosial, psixoloji kəsimdə nümayiş etdirmək lazımdır.

Bu sahədən yazan, problemlərə toxunan jurnalistlər də demək olar ki, yox səviyyəsindədir. Hər kəs sanki çəkinir bu mövzudan yazmağa. Bu münasibəti dəyişmək üçün nələr etmək olar?

Azərbaycanda müstəqil jurnalistikanın mövcudluğu ümumiyyətlə sual altındadır. Düzgün,  dürüst məlumat verən jurnalistlər isə çox vaxtı ümumi problemlərə – iqtisadi, siyasi, sosial duruma üz tutur. “LGBT -dən başqa digər daha ciddi problemlərimiz var” – adətən belə ritorika ilə çıxış edirlər.

Bu sahədə ilk növbədə maarifləndirmə işlərini aparmaq lazımdır. LGBT icmasının problemlərini digər insanların problemləri kimi, sosial, psixoloji kəsimdə nümayiş etdirmək lazımdır.

Əsasən də Azərbaycan mediasında LGBT -yə aid xəbər və materiallar neqativ olur, LGBT fərdləri kriminal, pozğunluqları assosiasiya olunur.

Çox vaxt jurnalistlər LGBT mövzulu xəbərlər hazırlayarkən homofobik və transfobik  sözlərdən istifadə edirlər. Sizcə buna səbəb nədir və qarşısını almaq üçün nələrə ehtiyac var?

Bunlar da, yuxarıda qeyd etdiyim kimi, tanımadıqları qarşısında qorxu,  LGBT haqqında Azərbaycan dilində doğru məlumatların qıtlığı, müasir jurnalistika standartlarına,  jurnalist etikasına riayət etməməkdir. Əsasən də Azərbaycan mediasında LGBT -yə aid xəbər və materiallar neqativ olur, LGBT fərdləri kriminal, pozğunluqları assosiasiya olunur. Bu sahədə ilk növbədə müstəqil professional medianın yaradılması və jurnalistikanın əsas prinsiplərinin, qərərsizliyin, dünya standartlarının  yeridilməsi vacibdir.

Mediada LGBT- yə aid olan  adekvat, qərəzsiz xəbər və məqalələrlə nadir hallarda qarşılaşmışam. Bu, əsasən ümum Qafqaz saytlarının Azərbaycana aid bölmələri olub.

Jurnalist LGBT mövzusunda müsbət xəbər hazirlayarkən insanlar tərəfindən təblliğat kimi qələmə verilir və həmin jurnalist sosial şəbəkələrdə tənqidlərə məruz qalır. Siz özünüz  belə bir münasibətlə qarşılaşmısızmı?

Xeyr,  qarşılaşmamışam. Ümumiyyətlə özümü sosial şəbəkələrdə aktiv insan kimi qiymətləndirməzdim. Həm də ki, LGBT mövzusunda bir neçə məqaləm artıq müxtəlif saytlarda dərc olunub, mən əsasən sosial mövzulara üz tuturam, əsasən də cəmiyyətin həssas qruplarının problemlərinin işıqlandırılması ilə məşğulam. Elə LGBT fərdlərini də bu qrupa aid etmək olar.

 Media doğru məlumat paylaşmağa çalışmalıdır.

Bu mövzuya toxunmaq istəyən gənc yazarlara, jurnalistlərə nə məsləhət görərdiniz?

İlk növbədə mövzunu tam öyrənmək lazımdır, LGBT haqqında məlumatları araşdırmaq lazımdır. Təəssüf ki, adekvat materialların çoxu ingilis dilindədir. Azərbaycan və rus dillərində məlumatlar çox vaxt doğru olmur, uydurmalar çox olur, faktları yoxlamaq lazımdır. İmkan daxilində dolğun məlumat almaq vacibdir. Emosiyalardan uzaq durmaq lazımdır. Hətta hiss edirsinizsə bu məsələ hisslərimizə toxunur,  çalışın neytral olun.

LGTB fərdlərinə olan pis münasibət onların intihar etməsi,ailələri tərəfindən atılmaları ilə nəticələnir. Artıq faciə baş verəndən sonra hər kəs sosial şəbəkədə status yazıb üzüldüyünü bildirir. Sizcə bu vəziyyətdə olan insanlara vaxtında yardım göstərilməsi, münasibətin normallaşması, ailələrinin dəstək göstərməsi üçün hansı addımlar atıla bilər və medianın bu prossesdə iştirakını necə görürsüz?

Əslində medianın rolu o qədər böyük deyil. Doğru məlumatları insanlar əksər hallarda yalnız internetdən ala bilərlər. Televiziyaya çıxış isə məhduddur. Amma bu mümkün olsaydı, əsasən homofobiyaya uğrayan əhalinin geniş təbəqəsinə doğru məlumat verməklə təsir göstərmək olardı. Amma, təəsüf ki, televiziya verilişlərinin səviyyəsinin həddindən artıq aşağı olması bu verilişlərin ancaq sensasiya naminə göstəriləcəyi ehtimalını artırır, LGBT fərdləri marginallaşmış şəxslər kimi nümayiş ediləcək. Yuxarıda göstərdiyim kimi, media doğru məlumat paylaşmağa çalışmalıdır. Əsl ailə dəyərləri (yəni ki, ailə üzvlərinin arasında sevgi, diqqət) təbliğ olunmalıdır. Bu, tək LGBT-yə aid deyil.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Cavid Nəbiyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır