İsrail şəhərində ilk dəfə yəhudi-ərəb qürur yürüşü keçirilib


İsrailin ilk yəhudi-ərəb qürur yürüşü Lod şəhərində keçirilib.

Tel-Əvivin +972 Magazine-in verdiyi məlumata görə, yəhudi və ərəblərin birlikdə yaşadığı və doğma olan Lord şəhərində 26 iyul axşam saatlarında 150-dən çox insanın şəhər icra hakimiyyətinin qarşısında toplaşıb.

Lod şəhərinin sakini olan, eyni zamanda Meretz partiyasının fəalı və yürüşün təşkilinə dəstək olan Natalie Kirstein öz hisslərini belə şərh edib: Şəhərin və sakinlərin belə bir tədbirə hazır olmadığını söyləyənlər var idi. Amma, kimsə bu ilk addımı atmasa biz nə zaman şəhər buna hazır ola bilər?

Ötən il aramızda bəzi tərəddüdlər var idi. Bu dəfə isə hər kəs yekdilliklə buna razı oldu. Bələdiyyə və Polis də bizə dəstək oldu.”

Tədbiri önəmli edən məqamlardan biri də İsrail parlamentinin ərəb əsilli nümayəndəsi qürur yürüyüşündə nitq söyləməsi idi.

“Mən sizinlə və dostluğumuzla fəxr edirəm,” deyərək iştirakçılara müraciət edən Mere Meretz MK Issawi Frej öz fikirlərini belə davam edib:

” Sizin hər bir şəxs kimi istədiyiniz yerdə və istədiyiniz kimi yaşamaq hüququnuz var. Rəngimizdən, cinsimizdən, cinsi orientasiyamızdan asılı olmayaraq biz bərabərik – insanıq. Mən bu gün sizinlə həmrəyliyimizi nümayiş etdirmək üçün burdayam.”

İsrailin Lod şəhərindəki Yəhudi-Ərəb Qürur Yürüşün-dən. (Oren Ziv / Activestills.org)

Frej həmçinin,  gay cütlüklərin və tək şəxslərin uşaq sahibi olmasını qadağan edən və ölkədə bir çox etirazların mövzusu olan İsrailin mübahisəli yeni “Surrogacy” qanunu ilə bağlı öz düşüncələrini paylaşıb:

“Yəhudi Xalqı-Dövlət Qanunu LGBTQ fərdlərə qarşı ayrıseçkilik edir. Biz Yəhudi dövlətində ultra sağ siyasətdən danışdığımızda, biz LGBT fərdləri olmayan bir dövlətdən danışırıq. Biz eyni evdə yaşayırıq. Biz aramızda LGBTQ icmasına qarşı ayrı-seçkilik edə bilmərik. Biz başqasını incidərək özümüzə qarşı hörmət tələb edə bilmərik.”

Meretz MK İsrahi Freja, İsrailin Lod şəhərindəki Yəhudi-Ərəb Qürur Yürüşündə nitqi zamanı. (Oren Ziv / Activestills.org)
Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Cavid Nəbiyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır