İranlı Vəkil Nəsrin Sutudə, Qadın Haqqlarını Müdafiə Etdiyi Üçün Həbsxanadadır!


İranli Vəkil Nəsrin Sutudə, Qadin Haqqlarini Müdafiə Etdiyi Üçün Həbsxanadadir !

İranlı insan haqqları vəkili Nəsrin Sutudə, 13 İyunda həbs olunduğundan bəri Tahrandakı “Evin» həpisxanasında tutulur. Sutudə, vəkil olaraq məcburi çadranı barışcıl şəkildə etiraz edən qadınları müdafiə etdiyi üçün “sistem əleyhdarı təbliğat yaymaq” da daxil olmaqla müxtəlif cinayət maddələri ilə günahlandırılır. Nəsrin Sutudə hal-hazırda siyasi məhbusdur.

55 yaşındakı mükafatlı insan haqqları müdafiəçisi Nəsrin Sutudə, 13 İyunda Tahrandakı evində həbs olunaraq “Evin” həbsxanasına aparıldı və o gündən bəri qadınlar kamerasında saxlanılır. Həbs olunduğu zaman beş il həbs cəzası aldığı deyilən Sutudə, bu cəzanın səbəbi olan cinayətlərdən mühakimə olunmamış və hökm almamışdır. O gündən bəri özünə “sistem əleyhdarı təbliğat yaymaq” və “milli təhlükəsizliyə qarşı cinayətlər işləmək üçün toplanmaq və gizli saziş saxlama” kimi yeni cinayyət maddələri ilə qarşı-qarşıya olduğu deyilir. Sutudə, 6.5 milyard riyal (150.000 Amerikan Dolları) olaraq təyin olunan girovu ödəməy və cinayyət maddələrinin əsassız və uydurma olduğunu söyləyərək rədd etdir.

Nəsrin Sutudəyə qarşı yönəldilən cinayət maddələri, İrandakı hörmətdən gələn məcburi çadra tətbiqini qeyri-zoraki şəkildə etiraz etdikləri üçün həbs olunan və mühakimə olunan qadınları, vəkil olaraq peşə borcunu yerinə yetirərək müdafiə etməsindən qaynaqlanır. Bu həbslər, yüksək binanın üzərinə çıxan qadının, çıxartdığı çadranı çubuğun ucunda səssizcə yelləyərək reallaşdırdığı tək başına müqavimət hərəkətinin, daha sonra ölkənin hər yerində saysız digər qadın tərəfindən təkrar edildiyi  dekabr 2017də başladı. Qadınların icra etdiyi bu kampaniya zamanla “İnqilab Küçəsi Qızları” olaraq bilinər kampaniya halına gəldi. Nəsrin Sutudənin müvəkkilləriylə görüşməsi də daxil olmaq üzrə  müdafiə vəkili olaraq reallaşdırdığı işlərin, Sutudəyə istiqamətli cəza iddiası açmaq üçün istifadə edildiyi görülür. Yoldaşı Rıza Xandanın bildirdiyinə görə Nəsrin Sutudə, bu an həbsdə olması səbəbiylə bu qadınları müdafiə edə bilməyəcək.

Nəsrin Sutudə məcburi çadranın “insanlıq xarici və insan haqqlarına zidd” olduğunu düşündüyü üçün, sərbəst buraxılana qədər həbsxanada çadranı çıxararaq etiraz etməyi planlayır.

Nəsrin Sutudə həbs olunmadan əvvəl ictimaiyyətə bildirmişdi ki, milli təhlükəsizliklə əlaqəli cinayətlər də daxil olmaq üzrə müəyyən cinayət işləri olanlar və bu səbəblə həbsdə tutulanlar, öz qanuni vəkillərini “Mühakimə Gücü Başçısının”  (bizdə: vəkillər koleqiyası) araşdırdığı və təsdiqlədiyi vəkillər siyahısından seçməyə məcbur edən, beləcə həbsdə tutulanların öz seçimləri istiqamətində vəkil seçmə haqqını zəiflədən qanunu tənqid etmişdi. İrandakı insan haqqları müdafiəçiləri, Tehran əyaləti üçün hazırlanan siyahının müstəqil olmayan köhnə prokurorlar və hakimləri əhatə etdiyini söyləyərək qərarı pisləmişdilər. Rıza Xandanın bildirdiyinə görə hökümət nümayəndələri, Nəsrin Sutudənin özünü təmsil etməsi üçün seçdiyi vəkilə təmsil səlahiyyəti verməyi rədd etdi və Sutudənin  Tehran əyaləti üçün hazırlanan siyahıdan vəkil seçməsi olduğunu bildirdilər.

Dərhal İran Səlahiyyətlilərinə Etirazını Bildir:

İranda məcburi çadraya qarşı etiraz edən qadınları müdafiə etmək də daxil olmaqla yalnız insan hüquq müdafiyəçisi olaraq işini etdiyi üçün həbsdə olan siyasi məhbus  Nəsrin Sutudə, dərhal və şərtsiz olaraq sərbəst buraxılmalıdır.

Nəsrin Sutudənin ailəsinə və öz seçdiyi vəkilinə nizamlı olaraq müraciəti zəmanət altına alınmalıdır;

İrandakı vəkillərin hər hansı təhtid, maneə törətmə, zorakılıq və ya mühakimə etmədən işlərini edə bilmələri təmin edilməli və hüquq, ədalət rəhbərliyi və insan haqqlarının inkişaf etdirilməsi və qorunmasıyla əlaqədar mövzularda icra edilən ictimai müzakirələrə qatılma və ifadə azadlığı haqqları qorunmalıdır.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.
Administrator

Müəlif Haqqında Məlumat: Administrator

Yoxlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır