İranlı siyasətçi Azərbaycanı homoseksuallara azadlıq verməkdə ittiham edir

Baxış sayı:

İran parlamentinin təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpur “Azərbaycanın bir tərəfdən homoseksuallara azadlıq vediyini, digər tərəfdən şiələrə qarşı güc tətbiq etdiyini” deyib. İranlı deputatın sözlərinə görə, bu cür hadisələrin çox pis nəticələri olacaq.

Nəfəs LGBT Azərbaycan Alyansı bəzi qüvvələrin ölkədə iğtişaş yaratmaq üçün homoseksuallıq mövzusundan istifadə etməsini qəti şəkildə pisləyir. İran parlamentinin təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpurun dini radikalizmə haqq qazandırması İranın bu məsələdə hansı mövqedə durduğunu göstərir. Üstəlik, bu məsələnin fonunda homoseksuallıq mövzusunu istifadə etməsi heç başa düşülən deyil. Ölkədə iğtişaş yaratmaq üçün homoseksuallıq məfhumundan istifadə siyasi acizlikdir.

Təşkilatın rəhbəri Cavid Nəbiyev Mənsur Həqiqətpurun Azərbaycanı təhdid etməsinə öz münasibətini bildirib: “Homoseksuallıq radikal qruplara haqq qazandırmaq üçün alət kimi istifadə oluna bilməz. Azərbaycanın LGBT İcması ölkədə tolerant cəmiyyət qurulmasının, dinindən, cinsindən, cinsi oriyentasiyasından, milliyətindən asılı olmayaraq hər kəsin sülh içində yaşamasının tərəfdarıdır. Azərbaycanda ən çox əzilən sosial qruplardan biri də LGBT fərdlərdir. İranlı siyasətçi unudub ki, Azərbaycan Respublikasında din dövlətdən tamamilə ayrıdır və dövlətimiz dini əsaslarla idarə olunmur. Təbii ki, homofobiyanın qaynaqlandığı mənbələrdən biri radikal dini baxışlardır. Dinin qatı radikalizmə çevrildiyi ölkələrdə homoseksual fərdlərin zorakılıqlarla, qətllərlə üzləşdiyinin şahidiyik. Həmin ölkələrdə nəinki LGBT haqları, ümumilikdə fundamental insan haqlarından belə söz edilə bilməz. İranlı millət vəkili homoseksuallıq mövzusuna toxunmaqla onu sübut etdi ki, İran fundamental insan hüquq və azadlıqlarına qarşıdır. İranda LGBT fərdlərə qarşı olan zorakılığın sayı hesabı yoxdur. Bu zorakılıq dövlət səviyyəsindədir.

1 il öncə Avqustun 22-si təşkilatımızın rəsmi saytına hücum olmuşdu. Saytın admin panel məlumatlarını ələ keçirən şəxslər saytı fəaliyyətsiz hala saldılar. Həmin şəxslər İslam bayrağı fonunda “Azərbaycanda sizə yer yoxdur! Hamınızı məhv edəcəyik!” sözlərini qeyd etmişdilər. Təşkilat olaraq Azərbaycanda istənilən növ radikalizmin əleyhinə olduğumuzu bildirmək istəyirəm. Çünki, bu radikalizmdən ən birinci LGBT fərdlər əziyyət çəkəcək. Bu gün İŞİD-in homoseksual şəxsləri necə öldürdüyünün şahidi oluruq.

Ümüd edirəm ki, Azərbaycanda bu cür halların yaranmaması üçün hüquq-mühafizə orqanları kifayət qədər mübarizə apararaq radikal qrupların öz mənfur istəklərini gerçəkləşdirmələrinə mane olacaqlar.”

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır