Hüquq müdafiəçisi: Trans həyatları təhlükədədir

Baxış sayı:

Bu gün günorta radələrində Səbail rayonunda trans qadın bədəninin müxtəlif nahiyyələrindən bıçaqlanıb. Zərərçəkən Respublika Klinik Xəstəxanasına yerləşdirilsə də, qısa müddətdən sonra xəstə qanaxması davam etdiyi halda evə buraxılmışdır. Yaxınlarının etirazlarından sonra zərərçəkmiş trans qadın yenidən xəstəxanaya qaytarılıb. 

Mikroskop media Respublika Klinik xəstəxanasından reportaj yayımlayıb. Zərərçəkənin rəfiqəsi Mələyin verdiyi məlumata görə, 39-cu polis bölməsinin əməkdaşları cinayət işini yaxın durmaq istəmirlər. 

Hazırda zərərçəkmiş xəstəxanadadır. Onun sözlərinə görə, bədənində ağrılar şiddətlidir. Rəfiqələri isə 39-cu polis bölməsinə şahid qismində dəvət ediliblər.

Hüquq müdafiəçisi Gülnara Mehdiyevanın sözlərinə görə, ölkədə trans fərdlər hal-hazırda kütləvi şəkildə ayrı-seçkiliklə üzləşirlər. Bəziləri üçün bu, gündəlik həyatlarını davam etdirməyin təhlükədə olduğunu göstərir. Onun sözlərinə görə, ən həssas qrup olan transgenderlər iş tapmaqda çətinlik çəkdikləri üçün əksər hallarda seks işçiliyi ilə məşğul olurlar.

Mehdiyeva bildirir ki, bu son iki ayda baş vermiş 3-cü bıçaqlanma hadisəsidir. “Ölkədə transgenderlərə və ümumiyyətlə, LGBTİQ+lərə qarşı şiddət və nifrət sistemli xarakter daşıyır.” Onun sözlərinə görə, bu sistematik şiddət həm vətəndaşlar, həm də hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir. 

Qeyd etmək istərdik ki, 2017 və 2019-ci illərdə hüquq-mühafizə orqanları transgender və geylərə qarşı “ova” çıxmışdı. Bundan əlavə, İLGA-Avropa təşkilatının bu ilki hesabatına əsasən, Azərbaycan LGBTİQ+ hüquqlarına və ölkədəki LGBTİQ+lərin vəziyyətinə görə, Avropanın ən pis ölkələri siyahısındadır.

Minority Azərbaycan

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır