Homoseksuallığın qorxunc müalicə üsulları


20-ci əsrin əvvəllərində homoseksuallıq bir xəstəlik hesab olunurdu və bunu müalicə etmək lazım idi. Həkimlərin ağlına ilk gələn şey “kəsib doğramaq” idi.Amma bu heç bir nəticə vermir. Sonra daha original bir şey düşündülər. Pavlovun metodları kimi. Başladılar homoseksualları qaranlıq otağa salıb və onları masturbasiya etmələrinə məcbur etməyə. Pik nöqtədə işiqlar yanırdı və homoseksualın gözünün qabağında divarda nəhəng lüt qız şəkli peyda olurdu. Amma bu da kömək etmirdi. Oriyentasiya olduğu kimi qalırdı.

Pavlov metodundan istifadə edilən eksperiment.

Daha sonra isə homoseksuallara lüt kişillərin şəkilləri göstərilirdi. Homoseksuallar ehtiraslananda onları elektrik cərəyanı ilə vururdular bəzən isə iynə ilə maye vururdular. Bu onlarda ürəkbulanma yaradırdı. Düşünürdülər ki, bəlkə belə kişi bədəni görəndə iyrənərlər. Bu prosedura 10-20 seansdan ibarət idi. Proseduranın sonunda pasientlər kişi bədəninnən iyrənirdilər Ancaq bu qısa bir müddət belə olurdu. Bir az keçəndən sonra hər şey öz yerinə qayıdırdı.

Elektroşok ilə müalicə.

Sonra Ziqmud Freydin fikirlərinə əsaslanaraq, düşünürdülər ki, bəlkə uşaqlıqda nəsə hadisə olub və bu hadisə onların psixikasını pozub. Artıq pasietnləri psixoanalizə yönəldirdilər.Lakin bu da faydasız olurdu. Hətta hipnoz belə kömək etmirdi.

Beləliklə, XX-ci əsrin 50ci illərində həkimlərin beyninə “dahiyanə” bir ideya gəlir. Kəsib doğramaq… Amma bu dəfə beyini. Hipotalamusu kəsib seksual reflekslərə cavab verən yerləri kəsirdilər. Nəticədə pasienti ya paraliç vururdu vəya gözləri pis görürdü Ən sonda isə seksual heç nəyə marağı olmurdu. 1969 -cu ildən belə əməliyyatlar kəsildi.Bir az sonra artıq həkimlər hormonoterapiya etməyə başlayırlar. Amma yenədə alınmır. Hormonlara görə pasient ya kökəlməyə və sinəsi çıxmağa başlayırdı.1973 -cü ildə Amerika psixiatrlar assosiasiyası səs vermə nəticəsində ümümiyyətlə homoseksuallığı psixiki xəstəliklər siyahısından çıxardır.

Hazırda xəstəliklərin adlandırılması ,təyini Xəstəliklərin Beynəlxalq Təsnifatına (XBT-10) əsasən müəyyən edilir. Homoseksuallıq 17 may 1990-cı ildə Ümumdünya Səhiyyə Toplantısında Xəstəliklərin Beynəlxalq Təsnifatından çıxarılmışdır. Hətta bir çox məsələlərdə demokratik ölkələrlə razılığa gəlməyən Çində də homoseksuallıq 2001-ci ildə Çin Psixiatrlar Cəmiyyəti tərəfindən aparılan 5 illik tədqiqatdan sonra “Ruhi Xəstəliklərin Çin Təsnifatı”ndan silinmişdir.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.
Cavid Nəbiyev

Müəlif Haqqında Məlumat: Cavid Nəbiyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır