Homofobik filmlə bağlı Mədəniyyət və Turizm Nazirinə müraciət

Baxış sayı:

Nəfəs LGBT Azərbaycan Alyansı Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə homofobik filmlə bağlı müraciət göndərib. Müraciət ilə yanaşı Nəfəs LGBT Azərbaycan Alyansı yerli rejissor Həsən Əliyevin çəkdiyi və homofobik süjet xəttinə malik “Toy 2” filminin boykot edilməsi ilə bağlı “Qınayırıq” adlı kampaniya başlatmışdır.

Təşkilatın rəhbəri Cavid Nəbiyevin Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə ünvanladığı müraciətində qeyd olunur:

Bildirmək istərdim ki, “Nəfəs” LGBT (Lezbiyan, Gay, Biseksual, Transgender) Azərbaycan Alyansı sosial dəyişiklik, ictimai təşkilatlanma, təhsil və siyasi islahatların aparılması, aparıcı multi-məsələlər istiqamətində fəaliyyət göstərən təşəbbüs qrupudur. 2010-cu ildə yaradılan təşkilatın əsas məqsədi azlıqların, xüsusən LGBT fərdlərinin maraqlarını qorumaqdır. Nəfəs, Azərbaycanda vətəndaş cəmiyyətinin daxili müxtəlifliyini, təcrid olunan şəxslərin ictimai həyata fəal inteqrasiyasının təşviqini təmin edir. İctimai təşkilatlanma və vəkillik işimiz zamanı azlıqların səsi olmaq – onların ictimai şüurda görünümlüyünü və milli dialoqu təşkili etmək işimizin əsas tərkib hissəsidir.

Danılmaz bir faktdır ki, mentalitet və dini faktorlara baxmayaraq LGBT insanlar cəmiyyətimizdə də mövcuddur, onlar bu cəmiyyətin gizli və ya açıq formada olmasından asılı olmayaraq ayrılmaz parçalarıdır. Heteroseksual insanlar kimi onlar da vergi verir, seçkilərdə iştirak, sosial, iqtisadi, siyasi, mədəni həyatın bütün sahələrində, cəmiyyətinin quruculuğunda iştirak edir və öz töhfələrini verirlər. SSRİ dönəmində homoseksuallıq cinayət sayılsa da, Ümummilli lider Heydər Əliyevin 1999-cu il sərəncamından sonra homoseksuallıq cinayət məcəlləsindən çıxarılıb. Bununla da Ümummilli liderimiz bizlərə qarşı tolerant olduğunu və bizim cəmiyyətdən təcrid olunmağımıza qarşı olduğunu nümayiş etdirdi.

Çox təəssüf hissi ilə bildirmək istərdik ki, bu yaxınlarda, daha dəqiq 16 apreldə premyerası olacaq “TOY 2” filmi Ümummilli liderimizin tolerantlıq missiyasını tamamlamır. Filmin rejissoru Həsən Əliyev filmdə homoseksual insanları təhqir edir, onları alçaldır və cəmiyyətə böyük bir nifrət mesajı göndərir. Homoseksuallıqla bağlı heç bir anlayışı olmayan şəxslərin bu filmə baxdıqdan sonra humanistlik, tolerantlıq hisslərini itirəcəklərindən əmin ola bilərsiz.

İnsanları nifrətə səsləmək ən təhlükəli əməllərdən biridir. Filmin rəsmi səhifəsində yer alan treylerdən və süjetin qısa xülasəsindən görünür ki, Avropadan gələn dəyərlərin fonunda homoseksuallıq qınaq obyektinə çevrilir, ikrah yaradan formada təqdim olunur, süjetdə homoseksual olduqları güman edilən şəxslər barəsində “onların qeyrət və namusu şübhə altındadır”, “mavi ləkə” kimi ifadələr səslənir. Rejissor Həsən Əliyev öz müsahibəsində də qeyd edir ki, bu filmdə avropalaşma meyli tənqid olunacaq. Məlumdur ki, hal-hazırda ölkəmiz qarşıdan gələn I Avropa Oyunlarına hazırlaşır. Dünya ictimaiyyətinin diqqətinin Azərbaycana yönəldiyi bir ərəfədə belə bir filmin meydana çıxması ölkəmizin beynəlxalq aləmdə formalaşan tolerant imicinə ciddi zərbə vurur.

Nəfəs LGBT Azərbaycan Alyansı olaraq filmin ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməsini, eləcə də cəmiyyətdə LGBT insanlara qarşı nifrət və qınaq formalaşdırmasını, homofobiyaya təkan verməsini pisləyirik. Xüsusən də I Avropa oyunlarının astanasında belə bir filmin yayımlanması bizdə təəssüf hissi doğurur. Sizdən bu məsələni araşdırmağınızı və filmlə bağlı ədalətli qərar qəbul etməyinizi xahiş edirik.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır