Homofobik Açıqlamaları ilə Hər Kəsi Şok Edən 16 Məşhuru Siz də Tanıyın

Baxış sayı:

İncəsənət dünyası hər nə qədər LGBTQI+ cəmiyyətinin güclü olduğu mühit olsa da, bu mühitə daxil olanların çoxu hələ də, homofobik düşüncələrə malikdir.

Budur qarşınızda həmin 16 məşhur və onların homofobik açıqlamaları…

1. Alişan

Alişan, “Cənət Məhəlləsi” serialında gey müğənni obrazını canlandırdıqdan sonra, şok edəcək açıqlama etmişdir: “Bu gey rolunu unutdurmaq üçün əsaslı bir sevişmə, ya da təcavüz səhnəsində çəkilməliyəm deyə düşünürəm. Əks halda bu obraz mənim arxamca gələcək.”

Deməli Alişan gey rolunda olmaq yerinə, təcavüzçü rolunda olmağı daha üstün bilir…

2. Kadir İnanır

Kadir İnanıra “Gey rolunda oynamağı düşünürsünüz?” sualı verildiyində, sanki təhqirə uğramış kimi coşdu: “Bu sualı verməmiş olun!” dedi.

Hər halda mükəmməl aktyor olduğundan gey rolunu da yaxşı oynayıb, insanlarda şübhə yaratmaqdan qorxub deyə düşünək…

3. Ebru Gündəş

Ebru Gündəş münsif olduğu “O Ses Türkiye” yarışmasına qatılan istedadlı oğlanı feminən hərəkətlərinə görə: “Türk gənclərinə pis örnək olur” deyib, yarışmadan çıxarmışdı.

Ebru Gündeşin bu hərəkətinə reaksiya verən və “Vicdanınız rahatdır? Gecə rahat yata bilirsiniz? Olduqca tərbiyəli və səsi gözəl uşaq idi, sırf feminəndir deyə haqqını yediniz!” deyən Bülent Ərsoya: “Olduqca rahat yatıram, vicdanım da rahatdır” deyə cavab vermişdir.

4. Oktay Kaynarca

Oktay Kaynarca: “Mafiya serialına çəkilməliyəm, yoxsa gey serialına çəkilməliyəm?” demişdir.

Sanki bir-birini sevən iki kişidənsə, bir-birlərini mənasız səbəblərdən vurub, öldürən, daim şiddət dolu mafiya serialı daha yaxşıdır.

5. Okan Bagülgen:

Okan Bagülgen: “Oğlan uşaqları fahişəxana tapa bilmədikləri üçün gey olurlar” demişdi.

Gördüyünüz kimi Okan Bagülgen elmi gözüyaşlı qoyan bu açıqlaması ilə, elmi paramparça edib, məsələni bir dəqiqədə həll etmişdir.

6. Burcu Günəş

Burcu Günəş bir radio verilişində ona kompliment deyən qadın DJ-yə “Kompliment deyirsiniz, amma səhb başa düşülməsin, biz sağlam qadınlarıq!” demişdir.

Onun sözündən belə çıxır ki, guya bir-birinə xoş sözlər deyən qadınlar lezbiyan olur və lezbiyanlıq xəstəlikdir.

7. Burak Özçivit

Burak Özçivit “Adət-ənənə deyilən bir şey var. 13-14 yaşındakı uşaqlar var. Mən nümunə olmalıyam, buna görə də gey rolunu oynamaram, oynayanlar oynasın” demişdir.

Görünür Burak Özçivit əlinə silah alıb, mafiya rollarını oynayaraq yaxşı nümunə olduğunu düşünür…

8. Erol Köse:

Erol Köse: “Avtostopçu tarvestilər gecə burda müştəri axtarırlar, travesti izləyiciləri pozğundur, çox güman ki, travestilərlə münasibət quranlar cinsi şəxsiyyəti bilinməyən xəstələrdir, ağlı başında olan travestilərlə niyə yazışsın, çoxu Hepatit-C QİÇS daşıyıcısı olduğundan kinlə doludurlar, nə qadındırlar, nə kişi, təəssüf ki, bu bir xəstəlikdir” demişdir.

Erol Kösenin bu kimi homofobik açıqlamaları çoxdur. Hətta aktyor Rüzgar Erkoçları da, ifşa etməsi ilə gündəmə gəlmişdir. Kaos GL və Pembe Hayat dərnəkləri homofobik davranışlarına görə, onu dəfələrlə məhkəməyə vermişdir.

9. Nihat Doğan

Nihat Doğan: “Gey rolu oynamaram, Al Paçino gey olsun! Mən fəlsəfə kitabı yazıram!” deyə qeyri-adi açıqlama vermişdir.

Fəlsəfə dünyasına səbr diləyirəm…

10. Tarkan

Tarkan illər əvvəl eynicinsli düşərgəsində çəkilmiş şəkillərindən sonra “Bəli o tərz meyillərim vardı, amma müalicə oldum” deyə açıqlama vermişdir.

Əminəm ki, LGBTQI+ fərdləri bunu ən azından Tarkandan gözləmirdilər. Nə deyim Tarkan?! Ümid edirəm ki, dediyin kimi müalicə olunmusan (!)

11. Esra Erol

Esra Erol evlilik proqramına zəng edən lezbiyan qadını “Bunların işi-gücü yoxdur, öz fantaziya dünyalarını rəngləndirirlər” deyərək qadını təhqir etdi və zəngi kəsdi.

Proqramın sadəcə heteroseksuallara aid olduğunu bilirik, amma bunu mədəni formada qarşı tərəfə bildirə bilərdin Esro Erol bacım.

12. Fifti Sent

Fifti Sent “25 yaşını keçmisənsə və vagina yalamaqdan xoşlanmırsansa, get özünü öldür. Dünya siz olmadan da, yaxşı bir yer olar.” demişti. Arından da, “Heç kimi belə bir təhqir etməyə haqqım yoxdur. Nceə ki, ağ dərililər mənə “zənci” dediklərində özümü pis hiss edirəmsə, mən də, onlara “petux” deyə bilmərəm, onları ümumiləşdirə bilmərəm.” deyə açıqlama vermişdir.

Belə də, olmalı idi, ora Azərbaycan deyil ki, təhqirə görə üzr istəməyə.

13. Peris Hilton

13. Peris Hilton “Eyncinslilər çox cinsi aclıq yaşayandır, iyrəncdirlər! Hamısında da, QİÇS xəstəliyi var.” demişdir.

Peris, məncə sən popo nümayişi ilə beyin nümayişini səhv salmısan… Məncə sən özünü beyin nümayişinə məcbur eləmə, səndə popo nümayişi daha yaxşı alınır quzum.

14. Britni Spirs

14. Britni Spirs: “Eynicinsli fanatlarımı sevirəm. Nəticədə onlar qız sayılır. Qız fanatlarım kimidirlər.” deyərək, homofobik bir zarafat etmişdir.

Pis niyyətli olmasa da, bu açıqlamasıyla cahillik sərgiləmişdir. Xatırladım ki, gey bir oğlan qız olmaq məcburiyyətində deyil.

15. Kris Braun

Kris Braun daim “petux” dediyi insanlar tərəfindən məhkəməlik oldu və üzr istədi.

Onsuzda zehni ortadadır…

 

16. İqqi Azaliya

İqqi Azaliya 2011-ci ildə atdığı tvitlərdən sonra qürur yürüşlərinə qatılmaması üçün qərar alındı. “Ayaqlarım çox ağrıyır. Yəqin bütün günü lezbiyan erkək fatmalar kimi futbol oynamaqdandır.”

LGBTQI+ cəmiyyəti tərəfindən bu və digər tvitlərin bağışlanacaq bir yanı olmadığı düşünüldü…

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: qubadibadli

https://www.facebook.com/gubad.ibadli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır