Həyatı dəyişən 4 hərf- QİÇS

Baxış sayı:

Qazanılmış İmmun Çatışmazlığı Sindromu(QİÇS, ing: AIDS,Acquired Immune Deficiency Syndrome) – İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və mahiyyəti etibarilə İİV infeksiyasının son mərhələsidir. Sadə şəkildə desək, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.

QİÇS xəstəliyinə yoluxma əsasən 3 yolla baş verə bilir.

  • Cinsi yolla – xüsusilə də, paraseksual əlaqələr zamanı.
  • Damardaxili inyeksiyalar yolu ilə – narkomanlar – narkomanlar tərəfindən narkotik maddələrindamardaxili qəbulu zamanı; içərisində virusolan qanın və ya qan preparatlarının sağlamadama köçürülməsi zamanı; virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı və s.
  • Transplasentar yolla – xəstəliyin xəstəanadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi. Xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir.

HIV bu yollarla keçməz

  • HIV/QİÇS gündəlik təmaslarla, eyni otaqda olma, eyni məktəbdə oxuma, eyni havadanəfəs almaq kimi yollarla yoluxmaz. HIV sağlam dəridən keçməz.
  • Əl sıxma, dəriyə toxunma, oxşama, qucaqlama,Tüpürcək, göz yaşı, tər, asqırıq, öskürək, sidik, nəcis,Yeməklər, içkilər, çəngəl, qaşıq, stəkan, qab,telefon və s.Tualet, duş, üzmə hovuzu, dəniz, sauna, hamam və s.Ağcaqanad və digər böcəklərin sancması,HIV pozitiv şəxs ilə eyni mühitdə pişik, it və digər heyvanlarla birlikdə yaşamaq.

HIV-dən qorunma üsulları:

  • Qorunmadan cinsi əlaqəyə girilməməlidir.Prezervativin möhkəm olmasına diqqət edilməli, prezervativ zərər verə biləcəyi üçün vazelin kimi neft əsaslı sürüşkənləşdiricilər istifadə edilməməlidir. Qadın və kişi prezervativi və ya iki kişi prezervativi birlikdə istifadə edilməməlidir. Bu, sürtünməni artırdığına görə prezervativin cırılmasına səbəb ola bilər.
  • Qan köçürülməsi zamanı, QİÇS testi edilməmiş qan qəti şəkildə istifadə edilməməlidir.Dezinfeksiya edilməmiş şpris, iynə, cərrahi alətlər, ülgüc, qayçı, stomatologiya alətləri, akupunktur iynələri qətiyyən istifadə edilməməlidir.
  • Tək istifadəlik vasitə-vəsaitlər yenidən istifadə edilməməli, istifadə edilən alətlər dezinfeksiya ya da sterilizə edilməlidir.HIV pozitiv olan şəxs testin nəticəsini öyrəndikdən sonra qətiyyən qan bağışlamamalıdır.HIV-li sperma mayesi, genital maye və qanın yaralı bir bölgəyə təmasının qarşısı alınmalıdır.Virus yoluxmasının qarşısını almaq üçün açıq yaralar sarğı ilə bağlanılmalıdır.

Azərbaycanda ilk dəfə olaraq 08.11.2006-cı il tarixdən etibarən HIV-ə yoluxmuş insanlar Səhiyyə Nazirliyi tərəfindən PULSUZ qaydada Respublika Qiçs-lə Mübarizə mərkəzində antiretrovirus preparatları ilə müalicəyə cəlb olunub. Bu müalicədə 287 nəfər iştirak edir. Respublikada QİÇS problemi ilə əlaqədar ictimai və beynəlxalq təşkilatlarlaəməkdaşliq davam edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2016-cı il ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 556 nəfərdə təsdiqlənib. Onlardan 72,3 faizi kişi, 27,7 faizi qadındır. Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən vətəndaşların 48,7 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,4 faizində heteroseksual, 1,9 faizində isə homoseksual kontakt nəticəsində, 1,8 faizində anadan uşağa keçməklə, 7,3 faizində yoluxma yolu müəyyən edilməyib. Sağlamlığınızın qayğısına qalın! Bu kimi halların sayının azalması məqsədi ilə QİÇSlə mübarizə mərkəzinə yaxınlaşaraq TAM ÖDƏNİŞSİZ və ANONİM şəkildə QİÇSdən qan analizi verin!

Ünvan: AZ 1022 Bakı şəhəri, Mirqasımov küç. 1/8
Tel: 012 510-08-69
Faks: 012 494-73-53
Sayt: http://aids.az/ 

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır