Haqqımızda


Haqqımızda - About USNəfəs LGBT Azərbaycan Alliansı sosial dəyişiklik, ictimai təşkilatlanma, təhsil və siyasi islahatların aparılması, aparıcı multi-məsələlər istiqamətində fəaliyyət göstərən təşəbbüs qrupudur. 2012 – cu ildə yaradılan təşkilatın əsas məqsədi xüsusən LGBT fərdlərinin, qadınların və digər müxtəlif icmaların ayrı – seçkiliyə və təcrid olunmağına son qoymaqdır. Nəfəs, Azərbaycanda vətəndaş cəmiyyətinin daxili müxtəlifliyini, təcrid olunan şəxslərin ictimai həyata fəal inteqrasiyasını təşviq edir. İctimai təşkilatlanma və vəkillik, azlıqların səsi olmaq – onların inctimai şüurda görünümlüyünü və milli dialoqun təşkili işimizin əsas tərkib hissəsidir. Qeydiyyata alınmaq ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 2 dəfə rəsmi müraciət göndərilsə də, uğurlu nəticə əldə olunmamış, problemin ictimailəşdirilməsi nəticəsində təşkilatın üzvləri təqibə məruz qalmışdır.

Nəfəs müntəzəm olaraq LGBT və vətəndaş cəmiyyətinin digər fərdləri üçün LGBT məsələləri, gender bərabərliyi və cinsi sağlamlıq mövzularında maarifləndirmə işləri həyata keçirir. Bu tədbirlər silsiləsindən ən böyük çəkiyə sahib olan və tarixi ənənənin əsasını qoyduğumuz Birinci LGBT – Gender Formunun təşkilini göstərə bilərik. Öz daxili resursları hesabına, könüllülərin dəstəyi ilə “Love is All You Need” filminin Azərbaycan dilinə dublyaj edilməsi də bu istiqamətdə görülən işlərdən biridir.

Nəfəs Azərbaycanın ictimai şüurunda azlıqların səslərinin mərkəzləşdirilməsi, ictimai məlumatlılıq səviyyəsinin artırılması üçün könüllü olaraq müxtəlif kampaniya və tədbirlər həyata keçirir. 2013 – cü il Azərbaycan LGBT Hərəkatı tarixində açıq sima ilə ilk mətbuat konfransı keçirən Nəfəs Azərbaycanda LGBT icmasının, hüquqlarının ölkə gündəmində müzakirə olunmasına nail olmuşdur. 2014 – cü ildə Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günü ilə əlaqədar olaraq “Qobustan qədər tariximiz var!tariximiz var!” yürüşünün təşkilatçısı olmuşdur. Dini fundamentalistlər tərəfindən keçirilən tədbir ciddi tənqid edildiyi üçün LGBT mövzusu ictimai gündəmin əsas müzakirəsinə çevrilmişdi, əsasən də yerli və siyasətçiləri tərəfindən. 2015 – ci il isə IDAHOT günü çərçivəsində LGBT və heteroseksuallar arasında Bowling Çempionatı keçirməklə “Bərabərlik Üçün Yarış” mesajını yaydılar.

Bununla yanaşı Avropa Parlamenti səviyyəsində tarixdə bir ilkə,

Flags of Gay Pride and the EU Divided Diagonally

Azərbaycandakı LGBT hüquqlarının durumuna diqqətin cəlb edilməsinə nail olmuşdur. Belə ki, Nəfəs 2014 – cü il may ayında Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə rəhbərliyi dönəmində “President, Cavab Ver!” kampaniyasını həyata keçirmişdir. Kampaniya çərçivəsində Avropa Parlamenti üzvlərinə məktublar göndərilmiş, Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Xarici İşlər Naziri Elman Məmmədyarovun avropa parlamentində nəzərdə tutulan çıxışından sonra Norveçdən olan parlamentari tərəfindən LGBT hüquqlarının durumuna dair sualın verilməsinə nail olunmuşdur.

Azərbaycanda LGBT fərdlərinə qarşı nifrət cinayətləri və nifrət çağırışları; nifrət cinayətləri və nifrət çağırışlarına qarşı qanunvericiliyin təbliği; bu problemlərlə mübarizə aparmaq üçün kampaniyaların, sosial araşdırmaların təşkili təşkilat üçün əsas prirotetlərdəndir.

Nəfəs LGBT iki sosial araşdırma həyata keçirdib. Onlardan biri 2013 – cü ildə GALE(Global Alliance for LGBT Education) ilə könüllü əməkdaşlıq əsasında keçirilən “Təhsil üçün tədqiqat hüququ” layihəsidir. Layihənin əsas məqsədi Dünyada LGBT təhsil üçün mövcud vəziyyətin araşdırılması, LGBT (lesbiyan-gay-biseksual-transgender) insanlar üçün təhsil hüququnun mümkünlüyü və ya mümkünsüzlüyünün, həmçinin digər təsiredici amillərin müəyyənləşdirilməsi idi. World Mapın hazırlanması zaman Nəfəs təşkilat olaraq Azərbaycan üzrə bu programın tərkib hissəsi olub. Digər bir sorğu isə “LGBT iş mühiti” adlı sosial araşdırma olmuşdur. Monitorinqın keçirilməsində əsas məqsəd sahibkarlıq mühitində LGBT işçi və sahibkar arasındakı iş mühitinin araşdırılması və LGBT vətəndaşların iş mühitində mövcud olan və ya yarana biləcək çətinliklərinin öyrənilməsi idi.

2018-ci il May ayında Nəfəs və Minority Azerbaijanın birgə əməkdaşlığı nəticəsində Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində Azərbaycan LGBT hərəkatı üçün tarixi bir nəaliyyətə nail olunmuşdur. Belə ki, aparılan advokası işi, Azərbaycanda LGBT hüquqlarının vəziyyəti barədə BMT-yə üzv olan və LGBT dostu olan 28 ölkə nümayəndəliyi ilə görüşlər həayata keçirilib. Nəticədə Azərbaycanın BMT-yə üzv olduğu andan bu günə kimi ilk dəfə LGBT məsələsi 8 ölkə tərəfindən müzakirəyə qaldırılmış və Azərbaycan dövlətinə həmin ölkələr tərəfindən LGBT hüquqlarının, fərdlərin sosial, iqtisadi, tibbi, təhsil sahəsində qarşılaşdığı problemlərin aradan qaldırılması üçün qeri qanunvericiliyin təkmilləşdirilməsi, seksual orientasiya və gender kimliyini əhatə edən yeni anti-diskriminasiya qanununun qəbul edilməsi üçün təkliflər edilmişdir.

Əgər siz də bu fəaliyyətin bir hissəsi olmaq istəyirsizsə, o zaman bu portal vasitəsi ilə bizimlə əlaqə saxlaya, öz fikir və təkliflərinizi bölüşə bilərsiniz.

Homoseksuallıq deyil, əksinə, Nifrət etmək bir seçimdir!

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır