Həmcins evliliklərini qanuniləşdirən ölkələr

Baxış sayı:

Yaxın Şərqdə, Afrikada qeyi-heteroseksual cinsi orientasiya nümayəndələrini daşqalaq etdikləri, odda yandırdıqları halda Avropa və Amerikada onların hüquqlarının qorunması üçün yeni-yeni qanunlar qəbul edilir.

Halbuki, homoseksualizm bir təzahür kimi qədim zamanlardan məlumdur. Hələ antik yunan tarixçisi öz “Müqayisəli Tərcümeyi hallar” tarixi əsərində Makedoniyalı İsgəndərin erkək qullaraına qarşı meyllərindən açıq şəkildə yazıb.

Yaxud erkən orta əsrlərdə İran poeziyasının ən önəmli nümunələrindən sayılan Sədi Şirazinin “Gülüstan” əsərində homoseksual əlaqələrin təsvirinə rast gəlmək olar.

İncəsənətə damğasını vuran tanınmış ixtiraçı və rəssam Leonardo Da Vinci, məşhur ingilis yazıçısı Oskar Uayld və tanınmış rus bəstəkarı Pyotr Çaykovskinin də homoseksual meylləri tarixi mənbələrdə şübhəsiz həqiqət kimi təqdim olunur.

Qeyri-rəsmi şəkildə mövcud olan bu kimi hallar qloballaşan dünyamızda üzə çıxıb və insan hüquq-azadlıqları ilə sıx şəkildə əlaqələndirilir. Bu mənada müasir LGBT (Lesbiyan, Gey, Biseksual və Transgender) hərəkatında əsas avanqard rolunu Qərb ölkələri oynayır.

İri şəhərlərdə homoseksuallar üçün ayrıca məhəllələr, mehmanxanalar və s. iaşə obyektləri xidmət göstərir. Onlara qarşı törədilən cinayətlər isə Qərb ölkələrinin cinayət məcəllələrində ağırlaşdırıcı hal kimi uzunmüddətli həbslə nəticələnən “nifrət zəmində cinayət” kateqoriyasına daxil edilib. Fundamental insan hüquqlarından biri olan evlənmək hüququ da əksər ölkələrdə homoseksual fərdlər üçün qeyri-qanuninidir. Xatırladaq ki, 23 ölkə ümummilli səviyyədə eynicinsli nikahları rəsmləşdirib.Siyahıdakı ölkələrə diqqət etsək, onların yüksək həyat səviyyəsinə malik ölkələr sayıldığını görə bilərik. Eynicinsli insanların nikahlarının rəsmləşdirildiyi ölkələrdə artıq gey və lesbiyan cütlüklərin uşaqları övladlığa götürə bilməsi üçün də hüquqi sənədlər hazırlanır. Həmcins evliliklərini qanuniləşdirən ölkələrin xronologiyası:

2001- Hollandiya2003- Belçika2005- İspaniya, Kanada2006- Cənubi Afrika Respublikası (CAR)2009- Norveç, İsveç2010- Portuqaliya, İslandiya, Argentina2012- Danimarka2013- Braziliya, Fransa, Uruqvay, Yeni Zellandiya2015- Lüksemburq, ABŞ, İrlandiya2016- Kolumbiya2017- Finlandiya, Malta, Almaniya, AvstraliyaPS: Avstriya və Tayvan parlamentləri də bu qanunu qəbul etsədə, hələlik gözləmə müddətindədir və 2019cu ilə qədər qanuniləşəcək

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır