Eyni Körpəni Hamiləlik Müddətində Birlikdə Daşıyan Lezbiyan Cütlük Tibb Tarixinə Keçdi

Baxış sayı:

Amerika Birləşmiş Ştatlarının Texas ştatında yaşayan Eşli və Blis Kaltr lezbiyan cütlük hal-hazırda 5 aylıq oğulları Stetsın ilə xoşbəxtdirlər. Amma bu xoşbəxtlik üçün bir qədər çətinliklərdən keçdilər. Belə ki, normalda lezbiyan cütlüklərdən yalnız biri bioloji hamiləlik yaşaya bilər. Lakin “Qarşılıqlı Zəhmətsiz Süni Mayalanma” (Effortless Reciprocal In Vitro Fertilization və ya qısa adı ilə ER-IVF) deyilən bir üsul sayəsində hər iki qadın döllənmə sonrası oğullarını fiziki olaraq  bədənlərində daşımış oldu.

Biz bilirik ki, normal olaraq bir donordan alınan spermalarla qadınlardan biri hamilə qalır və hamiləlik müddəti digərinin heç bir fiziki qatqısı olmadan tamamlanır. Hamiləliyə fiziki qatqısı olmayan tərəf sadəcə bu körpəni övladlığa götürmüş olur.

Bu hadisədə isə cütlüklərdən Blis öz bioloji körpəsinin olmasını istəyən, amma hamilə qalmaq istəməyən tərəfdir. Amma o, eyni zamanda da, bir qadın olaraq, körpə ilə ana arasındakı fiziki bağın qurulmasını da vacib bilir.

Ginekoloq Keysi Dudinin fikri bu vəziyyətə çarə axtaran cütlüyün diqqətini cəlb edir. Beləliklə 2016-cı ildə konsultasiyalar başlayır. Prosesin necə işləyəcəyi gün-gün təyin edilərək, cütlük qarşılıqlı hamiləlik və doğuşa hazırlandı.

Blisin döllənən yumurtası inkubator müddəti üçün laboratoriya əvəzinə məhz Blisin bətnində yerləşdirildi. Beləliklə, Blisin bətni döllənmiş yumurta üçün təbii bir inkubator rolunu oynadı. Döllənmiş yumurta burada tam 5 gün qaldı. Embriyon Blisin bətnində əmələ gəldikdən sonra ondan götürüldü və donduruldu. Həmin müddət ərzində Eşliyə hormon terapiyası edildi və hazır olduğunda embriyon ona transfer edildi.

Bu prosesdə cütlüyün verdiyi ən vacib qərar transfer risklərini gözə almaq oldu. Bundan sonra körpə Stetsın bütün böyümə müddətini Eşlinin bətnində tamamladı və 2018-ci ilin iyun ayında heç bir problem olmadan 4 kg ağırlığında dünyaya gəldi. Beləliklə, Stetsın Kaltr insanlıq tarixində doğulmadan öncə iki qadın tərəfindən daşınmış ilk şəxs oldu.

Bu üsul ənənəvi süni mayalanma etdirməkdən daha bahalıdır, amma Blis və Eşli cütlüyü abcNEWS-a verdikləri reportajda “Qiyməti ölçülməz bir təcrübə idi” deyir və Stetsın üçün bir qardaş/bacı dünyaya gətirməyi planlayır.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: qubadibadli

https://www.facebook.com/gubad.ibadli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır