Nifrət Öldürür

Baxış sayı:

Kampaniyamız haqqında maraqlandığınız üçün təşəkkür edirik.

Nəfəs LGBT Azərbaycan Alyansı IDAHO(International Day Against Homofobia Organisation) ilə birlikdə  “Nifrət Öldürür” onlayn kampaniyasını həyata keçirir və 17 May – Beynəlxalq Homofobiya ilə mübarizə gününə qədər davam edəcək. Kampaniyanın məqsədi insanları nifrətə, nifrət cinayətlərinə qarşı bir olmağa səsləmək və humanis dəyərləri aşılamaqdır.

Nifrət cinayətləri nədir? – Müəyyən şəxs və ya sosial qruplara qarşı zərərlə yönəlmiş cinayət Nifrət Cinayətləri adlanır.

Nifrət cinayətlər etniq, milli və dini mənsubiyyət, cinsiyyət, fərqli cinsi oriyentasiya xüsusiyyətlərə görə törədilməkdədir. Bu cinayətlər forması təcavüz və ya təhqirdən, mülkiyyət və şəxsi əşyalara zərər verməkdən, məktəb vəya is yerində sıxıntıların yaşadılması ilə olmaqla yanaşı, hətta ölümlə belə nəticələnə bilir.

Azərbaycanda da təbii ki nifrət cinayətlərinin qurbanları çoxdur. Kimisi uşaq olduğu üçün ayrı – seçkiliyə məruz qalır, kimisi qadın olduğu üçünn, kimisi isə dini etiqadına görə. Azərbaycanda LGBT insanlar dab bu nifrətdən əziyyət çəkirlər. Bu Homofobiya adlanır.

Təbii ki, yuxarıda sadaladığımız sosial qruplara qarşı olan mənfi münasibət və rəftarın əleyhinə və tərəfdarları olan insanlar çoxdur. Amma, unutmaq lazım deyil ki, Nifrət Öldürür. Sizin nifrətiniz sayəsində onlarla yeniyetmə, gənc intihara cəhd edir, işsız qalır, cəmiyyətdən təcrid olunurlar. Buna görə də hər kəsi Homofobiya, ümumilikdə nifrətə qarşı mübarizə aparmağa dəvət edirik.

Kampaniyaya qoşulmaq çox sadədir və iştirak üçün sadəcə siqarət qutularından istifadə olunacaq.  Bildiyimiz kimi hər bir siqaret qutusunun üzərində “Siqaret çəkmək sizin səhhətinizə ziyandır” sözü yazılıb. Biz isə bu kampaniyada “Siqaret çəkmək” sözünü “Nifrət” sözü ilə dəyişməyi təklif edirik. Kim ki, bizim təklif etdiyimiz bu kampaniyaya qoşulmaq istəyirsə, düşünürsə ki, humanizm, insanlıq hər şeydən üstündür, o zaman siqaret qutusu üzərində “Nifrət”sözü yazılmış kağız parçasını “Siqaret çəkmək” sözünün üzərinə yapıştıraraq şəkilini çəkib nifretoldurur@lgbtaz.org elektron unvanına göndərsin.

Toplanan şəkillər saytımızda və facebook səhifəmizdə yerləşdiriləcək. İsteye uyğun olaraq təbii ki, həmin şəkili facebookda profil şəkili də edə bilərsiz.

Çəkinmədən bu kampaniyaya qoşulun.

Humanist olun, Yetər!

Author: Administrator

🙂

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

About the Author: Administrator

:)

1 Comment

  1. I have noticed you don’t monetize nefeslgbt.org, don’t waste
    your traffic, you can earn extra bucks every month with new monetization method.
    This is the best adsense alternative for any type of website (they approve all sites), for
    more info simply search in gooogle: murgrabia’s tools

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Recommended For You

Düyməni Göstər
Düyməni Gizlət

Hey there!

Forgot password?

Don't have an account? Register

Forgot your password?

Enter your account data and we will send you a link to reset your password.

Your password reset link appears to be invalid or expired.

Close
of

    Processing files…