Cənubi Qafqaz LGBT şəbəkəsinin yaradılması ilə bağlı Nəfəs LGBT Azərbaycan Alyansı və Gürcüstanın Identoba təşkilatı arasında Tiflisde görüş keçirilib. Görüşdə Cənubi Qafqazda LGBT (lezbiyan, gay, biseksual, transgender) hüquqları, qanunvericilik və cəmiyyətdə olan homofobiya məsələləri ətraflnda müzakirələr aparılıb.
Nəfəs LGBT Azərbaycan Alyansının prezidenti Atilla Cavid bildirib ki, “Cəmiyyətdə olan homofobiyanın aradan qaldırılması üçün cəmiyyətlə yanaşı qanunvericiliklə də əlaqədər fəaliyyət göstərmək mühümdür. Hər iki dövlət Beynəlxalq təşkilatlara, konvensiyalara qoşulsa da təsüfki həmin sənədlərdən irəli gələrək homoseksual insanların hüquq müdafiyəsini həyata keçirtmir. Cəmiyyətdəki sosial quruplarla yanaşı LGBT insanların hüquqlarının pozulmasında bir başa hüquq mühafizə orqanlarının əməkdaşları böyük rol oynayır. Onlar səlahiyyətlərindən istifadə edərək homoseksual insanları seks işçisi kimi fəaliyyətə cəlb edir. Hər iki təşkilatın birlikdə Cənubi Qafqazda LGBT insan hüquqlarının müdafiyəsi isiqamətində fəaliyyəti çox önəmlidir.
Identoba təşkilatının hüquqşunası Nino Bolk son dönəm Gürcüstanda baş verən hadisələrlə bağlı isə öz fikirlərini bildirib: “Təsüfki, təkcə bu bizim cəmiyyətə xas deyil, bütün cəmiyyətlər homofobiyadan əzab çəkir. Bizim LGBT hüquqları ilə fəaliyyətimiz tənqid olunaraq homoseksuallığın təbliğatında ittiham edilirik. Bu təbliğat deyildir və heç bir yolla vaz keçə bilməyəcəyimiz fundamental insan hüquqlarının müdafiyə olunmasıdır. Bəli, Qafqaz bizim ümumi evimizdir və hər bir fərdin hüquqlarına hörmət edilməsi ilə bağlı birlikdə fəaliyyət göstərmək