Bu ölkə avropanın LGBTİ dostu siyahısına başçılıq edir


Malta Avropada LGBTİ dostu olan ölkələr siyahısına başçılıq edir.

ILGA-Avropa LGBTİ fərdlərin insan hüquqlarının vəziyyətinə dair 49 ölkənin sıralandığı illik araşdırması yayımlandı.

Malta siyahıdan 91% -ədigər ölkələri geridə qoyub.

Belçika (78%), Norveç (77%), Birləşmiş Krallıq (73%), Finlandiya (73%) və Fransa (72%) digər yerləri bölüşüb.

Şəkil: ILGA Europe

Ötən il nigah bərabərliyini qanuniləşdirən Malta demək olar ki, siyahıda nəzərdə tutulmuş bütün göstəriciləri təmin edir.

Maltanın “homoseksual müalicə”ni tətbiq edən, həyata keçirən həkimləri mühakimə edəcək qanunvericiliyi var. Eyni zamanda Malta transgender və interseks hüquqlarını müdafiə edən digər dünya ölkələri ilə müqaisədə ən mükəmməl qanunvericiliyə sahibdir.

Siyahıya sondan liderlik edən ölkə hansıdır?

Siyahıda ən aşağı nəticəni göstərən 5 ölkə: Rusiya (10%), Monako (9%), Türkiyə (8%), Ermənistan (7%) və Azərbaycan (4%) qərarlaşıb.

ILGA Avropa: 2018 ölkələrin ümumi sıralanması

Beynəlxalq təşkilat hesabatı hazırlayarkən ölkələrin sıralamasını aşağıdakı göstəricələrə əsasən həyata keçirib: bərabərlik və ayrıseçkilik, ailə hüququ, nifrət cinayətləri və nifrət çağırışları, hüquqi olaraq gender kimliyinin və bədən bütövlüyünün tanınması, sərbəst toplaşmaq azadlığı və miqrasiya.

LGBTİ hüquqlarına gəldikdə Azərbaycan ildən ilə pisləşməyə davam edir. Dünyada 141 ölkəsiyahısında və avropada sonuncu yerdə qərarlaşan Azərbaycanda LGBTİ-lərə qarşı olan ictimai, hüquqi rəftar daha da pisləşib və dünyada, o cümlədən avropada LGBTİ fərdlər üçün ən tühlükəli ölkələr sirasındadır.

Ötən ilin sentyabr ayında baş verən LGBT fərdlərin kütləvi həbsi və onlara qarşı həm hüquq mühafizə orqanları tərəfindən edilən rəftar, həm də, cəmiyyətin böyük çoxluğunun dəstək verici fobik münasibəti ilə yadda qalmışdı.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.
Cavid Nəbiyev

Müəlif Haqqında Məlumat: Cavid Nəbiyev

Sizin Üçün Tövsiyəmiz

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır