BMT-in SOGK məsələləri üzrə Müstəqil Eksperti

Baxış sayı:
Dünyada milyonlarla insan cinsi oriyentasiya vә gender kimliyi sәbәbindәn qәtl, tәcavüz, işgәncә, zorakılıq vә müxtәlif növ ayrı-seçkiliklә üzlәşir. 

2016-cı ildə Birləşmiş Millətlər Təşkilatı daha yaxşı dinləmək və hərəkət etmək üçün bir yol yaratdı: Cinsi oriyentasiya vә gender kimliyi vә ya qısaca SOGİ әsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı müdafiə üzrə Müstəqil Ekspert (Independent Expert on SOGI)

Bu iş sayəsində, 2016-cı ildən başlayaraq dünya kriminallaşmanın nəticələri, şəxsin cinsiyyətinin hüquqi tanınması, ayrı-seçkiliyin qarşısının alınmasında ən yaxşı təcrübələr barədə daha çox şey öyrənә bildi.

Dünyada milyonlarla insan cinsi… – Nefes LGBT Azerbaijan Alliance

Dünyada milyonlarla insan cinsi oriyentasiya vә gender kimliyi sәbәbindәn qәtl, tәcavüz, işgәncә, zorakılıq vә müxtәlif növ ayrı-seçkiliklә üzlәşir….

Bu iş sayəsində, 2016-cı ildən başlayaraq dünya kriminallaşmanın nəticələri, şəxsin genderinin hüquqi tanınmasına olan ehtiyac vә önәm, ayrı-seçkiliyin qarşısının alınmasında ən yaxşı təcrübələr, və LGBT ilə əlaqəli statistikanın əhəmiyyəti barədə daha çox öyrәnә bildi.

Müstәqil Ekspert hәm dә 2017-ci ildә Azәrbaycan hökümәtinә göndәrdiyi kommunikasiya mәktubu vә verdiyi bәyanat sayәsindә Bakıda baş verәn LGBT fәrdlәrin kütlәvi hәbs vә işgәncәlәrin dayandırılmasında, baş verәnlәrin BMT sәviyyәsindә müzakirә olunmasında  mühüm rol oynamışdı. 

Tәәssüf ki, BMT-nin digәr mandatları kimi SOGİ әsaslı Müstәqil Ekspert daimi deyildir vә hәr 3 ildәn bir yenilәnmәlidir. Bu ilin iyun ayında BMT-nin İnsan Hüquqları Şurası hazırda Victor Madrigal-Borloz’ın sədrliyi altında cinsi oriyentasiya və gender kimli (SOGI) əsasında şiddət və ayrı-seçkiliyə qarşı müstəqil ekspertin mandatının uzadılması üçün sәsvermә keçirilәcәk. 

Bunun üçün qlobal dəstək və səfərbərlik tələb olunur. @nefeslgbt  daxil olmaqla, dünyadakı yüzlәrlә LGBT icmaları vә tәşkilatları hәr birimiz üçün önәmli olan mandatın yenilәnmәsi üçün kampaniya başladıb. İlk olaraq sizә bu videonu tәqdim edirik (altyazılar: azәrbaycan, ingilis vә rus dillәrindә)

Qlobal ailәmizә qoşulun! İstifadә etdiyiniz sosial şәbәkәlәrdә (Facebook, Twitter vә s.) #RenewIESOGI haştaqından istifadә edәrәk qlobal ailәmizә siz dә Azәrbaycandan qoşulun!

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Cavid Nəbiyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır