Beynəlxalq Sülh günü və Nəfəs LGBT İstanbulda

Baxış sayı:
10602789 950831341601120 876844890 n

1 Sentyabr Beynəlxalq Sülh günü ilə əlaqədar İstanbulda keçirilən aksiyada Azərbaycandan Nəfəs LGBT də iştirak edib. Azərbaycanda fikir və ifadə azadlığı məhdud haldadır. Bunun təzahürü kimi insanların toplu şəkildə sosial və siyası iradələrini rahatlıqla ifadə edə bilməmələri, indiyə qədər keçirilən aksiyaların qarşısının amansızlıqla polis gücünə alınması, hüquq müdafiəçilərinin həbs edilməsi və son zamanlar bunun sürətlənməsini göstərə bilərik.

Ümumi insan hüquqları durumunun aşağı olmasından təbii ki, LGBT sosial qrupuna daxil olan insanlar da əziyyət çəkirlər. Onlar heteroseksist idarə etmənin qurbanlarına çevriliblər, rahatlıqla öz hüquqlarını ifadə edə və tələb edə bilmirlər. Digər sosial qruplar kimi biz də sərbəst toplaşmaq hüququmuzdan istifadə edə bilmirik. Çox təəssüf edirik ki, Azərbaycanda deyil də Türkiyədə bu hüququmuzdan yararlana bildik. Əlimizdə “Tanrı hər kəsi olduğu kimi sevir!” plakatını tutaraq İsa Şahmarlının sülh mesajını o meydandan bütün Azərbaycana göndərdik. Nifrət etmək, öldürmək, təhqir etmək əxlaqdırsa biz bir əxlaqsızıq. Biz bu cür əxlaqı heteroseksist cəmiyyətlə bölüşə bilmərik. Bizim istəyimiz sülhdür, qəbullanmağımızdır.

Döyülməyimizi, işdən qovulmağımızı, ailəmizdən qovulmağımızı, təhqir edilməyimizi istəmirik. Digər insanlar kimi hüquqların təmin edilməsini istəyirik. Sadəcə sülh içimizdəki nifrət hissinə qalib gələ bilər. Unutmayın biz təkcə gay, lezbiyan, biseksual, transeksual, travesti adlandırdığınız insanlar deyilik. Biz sizin qardaşınız, bacınız, dostunuz, iş yoldaşınız, müəlliminiz, hüquqşunasınız, polisiniz, dövlət məmurunuz, bir sözlə sizin içinizdən olan biriyik. Bizi özünüzdən ayıra bilməyəcəksiniz, bu mümkünsüzdür, biz hər yerdəyik!

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır