Azərbaycanda LGBT aktivistinin intiharından bir il ötür-FİLM

Isa Shahmarli

İsa Şahmarlı yox, Homofobiya ölməli idi! Düz bir il əvvəl bu gün biz savadsızlığın və məlumatsızlığın insanları necə qəddar edə biləcəyinin şahidi olduq. O, həmişə, şən, gülərüz, rəngarəng, xoşbəxt və ümidli idi. Amma, onun istədiyi kimi həyatını rəngli edə bilmədik.

Düz bir il əvvəl bu gün biz savadsızlığın və məlumatsızlığın insanları necə qəddar edə biləcəyinin şahidi olduq. O, həmişə, şən, gülərüz, rəngarəng, xoşbəxt və ümidli idi. Amma, onun istədiyi kimi həyatını rəngli edə bilmədik.Cəmiyyətin bunun xəstəlik olmadığını, günah olmadığını, seçim olmadığını anlaması üçün neç-neçə insanın bədbəxt olması, əzab çəkməsi, intihar etməsi lazımdır?

İsa və onun kimi digər gələcəyi parlaq olan uşaqlar var ki, onlar ölkəmiz üçün bir çox işlər görə bilərlər. Bu səbəbdən biz insanları daha tolerant olmağa çalışırıq. Biz heç bir şəxsin yaşamaq və ya ölüm arasında seçim etməsi nöqtəsinə gəlməməyi arzu edirik. İnsanları mühakimə etməmişdən öncə onları tanımağa çalışın. Siz bizləri cəmiyyətdən təcrid edərək məsələni həll etməyə nail ola bilməzsiniz. Tanrı insanları fərqli olaraq yaradır və biz də insanların bu fərqliliklərinə baxmayaraq onlara sevgi ilə yanaşmalıyıq.

Heç kəs özünü tək hiss etməməlidir. Biz gənclərə səslənirik – bizi bizdən yaxşı heç kəs başa düşə bilməz. Biz daxilimizdəki nifrəti öldürməliyik. İnsanlara qarşı dini, irqi, cinsi orientasiyasına görə ayrı-seçkilik etmək özü bir cinayətdir. Biz insanları sevək ki, artıq heç kimsə həyatını bu nifrətə görə itirməsin.

İntihar heç bir zaman çıxış yolu deyil, olmayıb, olmayacaq da. Qoy İsanın ölümü son olsu, və bu andan Azərbaycanda LGBT hərəkatının mübarizəsinin başlanğıcı olsun. Hər kəsə nifrətdən qorunmağı tövsiyyə edirik. Özünüzü ətrafdan gələ biləcək nifrətdən qoruyun. Çünki, gözünüzün qarşısında bariz bir nümunə var. Nifrət Öldürür!

Hazırladığımız bu video təbii ki, İsa Şahmarlını geri qaytarası deyil, hadisəni unutduracaq deyil. Amma, bəlkə İsa kimi özünü tənha, köməksiz, nifrət obyektinə çevrilmiş gənclərə kömək ola bilərik.

Video link: – https://www.youtube.com/watch?v=metucYfmoR0

İsa Şahmarlı Bakıdan savayı, həmçinin dünyanın müxtəlif ölkələrində də anıldı: Vaşinqton, Kopenhagen, Tbilisi, Kiyev. Onlar, İsanın şərəfinə havaya şarlar buraxdılar. Bu aksiyaya qoşulmaq istəyən digər şəhərlərdən olan humanist insanlar da növbəti günlərdə bunu edə və şəkillərini çəkib nefeslgbt.az@gmail.com ünvanına göndərə bilərlər.

Balon1balon2balon3

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.
Administrator

Müəlif Haqqında Məlumat: Administrator

Yoxlama

Sizin Üçün Tövsiyəmiz

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır