Azərbaycan Avropada LGBT fərdlər üçün ən təhlükəli ölkə seçilib

Baxış sayı:
ilga2015ratingbig

İLGA Avropanın 2015-ci il üçün hazırladığı hesabatı yayımlayıb. ILGA-Europe-nin reytinqində Azərbaycan 5% nəticə ilə sonuncu yeri tutdu, 48-ci yerdə isə 8,35% nəticə ilə Rusiya qərarlaşdı. Ukrayna – 9,90% ilə 45-ci yeri, Belarus – 14,10% ilə 42-ci yeri, Moldova – 15,50% ilə 40-cı yeri, Latviya – 18,40% ilə 38-ci yeri, Litva – 19,10% ilə 36-cı yeri tutmuşdur. Keçmiş sovet respublikaları arasında ən yüksək pilləni tutan ölkələr 35,80% ilə 22-ci yerdə Gürcüstan və 33,75% ilə 25-ci yeri tutan Estoniya oldu.

Hesabatda belə qeyd olunur:

Qarışıq motivli zorakılıq

Cinsi orientasiyasına və fəaliyyətinə görə bir neçə dəfə təhdid və hücumlara məruz qalan aktivist(Cavid Nəbiyev) Azərbaycanı tərk edərək ölkədən qaçmağa məcbur olub.

Sərbəst toplaşmaq azadlığı

Homofobiya və Transofobiyaya qarşı Beynəlxalq Mübarizə Günü qeyd etmək məqsədi ilə bir qrup LGBT aktivisti Hollandiya səfirliyinin dəstəyi ilə simvolik toplantı keçirmək qərarı verilmişdi. 17 mayda tarixi məkanı ziyarət edən aktivistlər özləri ilə götürdükləri göyqurşağı bayrağını dalğalandırmışdılar. Bu hadisə əsasən yaxşı qarşılanmış və qarşısı alınmamışdır.

İnsan haqqları müdafiəçiləri

İsa Şahmarlı, 20 yaşlı LGBT aktivisti idi, yanvar ayında sui-qəsd həyata keçirmişdir. O, yazdığı məktubda bu addımı atmasına səbəb kimi ölkədə yayılmış homofobiyanı göstərmişdi. İyulda Bakıda Nəfəs LGBT Alliansının təşkilatçılığı ilə ölkədə Gender və LGBT ilə əlaqəli problemləri müzakirə etmək üçün forum keçirilmişdir.

Qeyd edək ki, 10 sentyabr tarixində Avropa Parlamenti Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə LGBT hüquqlarına da diqqət yetirdi.

Qəbul edilmiş sənədin 12 – ci paraqrafında belə qeyd olunur:

–  Azərbaycanda LGBT insanların vəziyyətdən son dərəcə narahatdır;
–  Güclü yüksək səviyyədə LGBT insanlara qarşı yönəlmiş siyasi nifrət çıxışlarını pisləyir;
–  Azərbaycan hökümətini LGBT insanların hüquqlarını müdafiə edən hüquq müdafiəçilərinə qarşı yönəlmiş təzyiqləri dayandırmağa çağırır;

Ümumilikdə 2015-i il ərzində Azərbaycanda 5 LGBT fərdinin ölümü ilə nəticələnən hadisə müşahidə olunub.

Malta və Birləşmiş Krallıqla yanaşı, ilk onluğa Belçika, İsveç, Xorvatiya, İspaniya, Niderland, Norveç, Danimarka və Portuqaliya daxildir. Fransa 11-ci yerdə, Almaniya isə 15-ci yerdədir.

ilga2015ratingbig

ILGA-Europe təşkilatının 2015-ci il LGBT-hüquq bərabərliyi reytinqi

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır