Azərbaycanda LGBT fərdləri müdafiə edəcək qanuna ehtiyac var

Baxış sayı:

Strasburq, 7 iyun 2016-cı il– İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI) Azərbaycan haqqındakı hesabat bu gün təqdim olunub. Hazırlanan hesabatda Nəfəs LGBT-nin 2015-ci il üçün hazırladığı nifrət cinayətləri, mediada nifrət çağırışları, dövlət qurumlarından nifrət çağırışları haqqında hesabatına əsaslanıb.

 

Miqrasiya qanunvericiliyi və tarixi azlıqların həyat şərtləri kimi sahələrdə irəliləyişlər əldə edilsə də nifrət nitqindən davamlı istifadə, müstəqil vətəndaş cəmiyyəti və media üzərindəki repressiya, LGBT şəxslərə qarşı qərəzli fikir və dini azlıqların üzləşdiyi ayrı-seçkilik kimi digər məsələlər narahatlıq yaradır.

Azərbaycan ayrı-seçkiliyə qarşı müfəssəl qanunvericilik qəbul etməyib. Özəl sektordakı irqçiliyin və ayrı-seçkiliyin qarşısını almaq və onlarla mübarizə aparmaq üçün heç bir qurum mövcud deyil. İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI) LGBT şəxslərə qarşı çoxunun zərərçəkənlərin ailə üzvləri tərəfindən həyata keçirilən böyük sayda şiddətli hücumların olmasını təəssüflə bildirir.

Avropa Şurasının İrqçiliyə Qarşı Komissiyası öz hesabatında Azərbaycan dövlət orqanlarına bir çox tövsiyə ünvanlayıb. Aşağıdakı iki tövsiyə prioritet olaraq tətbiq edilməlidir:

– Müxtəlif və müstəqil vətəndaş cəmiyyətinin inkişaf edə biləcəyi şərtləri yaratmaq.
– Avropa Şurasına qəbul olma zamanı hərbi xidmətə alternativlər haqqında qanunvericiliyin qəbul edilməsilə bağlı üzərinə götürlən öhdəliyi yerinə yetirmək.

İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI) bu iki tövsiyənin iki il ərzində tətbiq edilməsini müvəqqəti monitorinq şəklində qiymətləndirəcək.

Hesabatla tanış olmaq üçün buraya daxil ola bilərsiniz.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır