Bakıda LGBT – Gender forumu keçirilib

10410608 476929599117461 6067640924372924991 n

Bakıda ilk dəfə LGBT – Gender forumu keçirilib. Nəfəs LGBT Azərbaycan tərəfindən keçirilən forumda 40 – a yaxın LGBT və dostları iştirak edib. Forum 3 hissədən ibarət olub. İsa Şahmarlının xatirəsinə həsr edilmiş birinci hissədə Azad LGBT təşkilatının rəhbəri Lalə Mahmudova İsa Şahmarlı və onun mübarizə yolu, arzuları haqqında danışıb.

Nəfəs LGBT Azərbaycan Alyansının prezidenti Cavid Nəbiyev təşkilatın missiyası və yaradılma hədəfləri, həyata keçirdikləri kampaniya və layihələr barəsində məlumat verib. Həmçinin o, istər cəmiyyətdə, istər hüquq mühafizə orqanlarında mövcud olan və artan homofobiyadan, onun aradan qaldırılması üçün qanunvericili aktlarının və onun işləmə mexanizmlərinin mövuc olmasının vacibliyindən danışıb.

Forumun ikinci hissəsində ILGA Avropanın (Beynəlxalq Lezbiyan Gay Assossiasiyası) Programlar üzrə Direktoru Bjorn Van Roozendaal forum iştirakçılarına video lentlə müraciət edib. Bakıda baş tutan forumda cənab Roozendaalın da iştirakı nəzərdə tutulsa da son anda viza problemləri yarandığından Azərbaycana səfər baş tutmayıb. Roozendaal müraciətində bildirib ki, Avropa Şurasına üzv ölkə kimi Azərbaycan digər ölkələr kimi bir sıra öhdəliklərə sahibdir və həmin öhdəliklər hər bir Avropa Şurasına üzv ölkə üçün prioritetlərdən olmalıdır. Həmçinin o ILGA Avropanın son illər Cənubi Qafqaz ölkələrinə böyük diqqət ayırdığını vurğulayıb. O bildirib ki, hər bir LGBT fərdi öz dövlətini onun hüquqlarını tanıması və müdafiə etməsi üçün inandırmalı və məcbur etməlidir.

Azərbaycanda gender hüquqlarının vəziyyəti, qadın hüquqları və gender zəminində baş verən zorakılıqlar, problemlər barəsində hüquqşunas Asima Nəsirli məlumat verib. O bildirib ki, qadınların sosial status baxımından kişi tərəfindən asılı olduğu üçün o iqtisadi azadlığa sahiblənə bilmir. Buna səbəb qadınların təhsil imkanlarının erkən nigaha girməyə məcbur etməklə əllərindən alınmasıdır. Həmçinin o bildirib ki, cəmiyyətdə gender zəminində zorakılığın olması əslində kişilərin daha çox dominantlıq etməsi və idarəetmədə daha çox iştirak etməsidir. Nümunə olaraq Azərbaycanın heç bir şəhərinin qadın baş prokurorunun və ya icra başçısının olmadığını göstərmək olar deyə fikirlərini bildirib.

Forumun sonunda “Sevgi, ehtiyacınız olan təş şey!” adlı filmin nümayişi keçirildi. Film Nəfəs LGBT Azərbaycan Alyansının könüllüləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək səsləndirilib. Film Heteroseksual olan bir qıza homoseksual münasibətlərin dominantlıq etdiyi cəmiyyət tərəfindən, onun ailəsi, dostları, sinif yoldaşları tərəfindən edilən ayrı-seçkilikdən, zorakılıqdan bəhs edir. Bir sözlə film indiki real vəziyyətin əksi olduğu bir cəmiyyətdən, yəni, homoseksuallığın doğru, heteroseksual münasibətlərin isə günah sayıldığı bir cəmiyyəti təsvir edir.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

Yoxlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır