Conchita Wurst Nəfəs LGBT Azərbaycan Alyansının suallarını cavabladı

Baxış sayı:

Conchita Wurst Nəfəs LGBT Azərbaycan Alyansının suallarını cavabladı. İlk növbədə  biz Eurovision Mahnı Müsabiqəsində sizi görməyə çox şadıq. Azərbaycanın LGBT ailəsi olaraq sizin Danimarkadakı çıxışınızı səbirsizliklə gözləyir və sizi dəstəkləyirik. Əmin ola bilərsiniz ki, Azərbaycanın LGBT icması olaraq Danimarkadakı çıxışınız zamanı məhz sizi dəstəkləyəcəyik.

Nəfəs LGBT adından bu imkandan istifadə edərək sizə bir neçə sualla müraciət etmək istəyərdik.

1. Azərbaycan da homofobiyanın yüksək olduğu ölkələrdən biridir. LGBT icmasının üzvlərinin əksəriyyəti cavan olduqlarından və digərlərinin sözlərindən daha tez təsirləndikləri üçün tez həvəsdən düşür və inanclarına olan inamlarını itirirlər. Onlara dəstək olmaq üçün nə deyə bilərsiniz?

Xahiş edirəm, güclü olun, heç vaxt təslim olmayın. Həyatınızı olduğunuz kimi yaşayın. Ümidinizi itirməyin, hər şey dəyişəcək və yaxşı olacaq. Öz inandıqlarınız şeylər üçün və hüquqlarınız üçün mübarizə aparın. Mən öz birliyimizi dəstəkləmək üçün əlimdən gələn hər şeyi edəcəm.

2. Azərbaycanda homoseksuallığın əleyhinə olan şəxslərə mesajınız:

İlk növbədə, demək istəyirəm ki, nifrət mənim vecimə deyil. Mən müsbət enerji və sevgi haqqında düşünürəm. Lakin, onu da qeyd etmək istəyirəm ki, bu insanlar öz sevdiklərini də incitdiklərini başa düşməlidirlər. Bəlkə, həmin şəxsin öz ailəsində də gay var və o bu barədə bilmir. Siz öz ailə üzvlərinizə qarşı çıxacaqsınız? Bu barədə düşünməyə dəyər.

3. Siz artıq bütün Avropa LGBT-lərinin ürəklərini fəth eləmisiniz. Siz düşünürsünüzmü ki, digər iştirakçılarla müqayisədə bu sizing qalib olmaq şansınızı artırır?

Mənim üçün burda qalib olmaq vacib deyil. Mən etdiyim şeyi istədiyim üçün edirəm. Bizim cəmiyyətdə nəsə dəyişməlidir və bunun üçün bacardığım hər şeyi edəcəm.

Qeyd edək ki, CONCHITA WURST bu il Avstriyanı Danimarkada keçiriləcək Eurovision musiqi yarışmasında təmsil edəcək. İntervyunu keçirdiyi üçün INFE Azerbaycan heyyətinə  öz təşəkkürümüzü bildiririk

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır