Avropa Parlamenti Azərbaycan LGBT hüquqlarına dair sənəd qəbul etdi

Baxış sayı:
image 472446 breitwandaufmacher yfcc

Bu gün Azərbaycan LGBT Hərəkatında tarixi bir gündür. 2001-ci il Azərbaycan Avropa Şurasına daxil olduğu gündən bəri Avropa Parlamenti qəbul etdiyi sənədlərdə heç bir zaman xüsusi olaraq LGBT hüquqlarının vəziyyətinə diqqət yetirilməmişdi. 10 sentyabr tarixində Avropa Parlamenti Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə nəhayət LGBT hüquqlarına da diqqət yetirdi .

Qəbul edilmiş sənədin 12 – ci paraqrafında belə qeyd olunur:

 

          Azərbaycanda LGBT insanların vəziyyətdən son dərəcə narahatdır; 

          Güclü yüksək səviyyədə LGBT insanlara qarşı yönəlmiş siyasi nifrət çıxışlarını pisləyir; 

          Azərbaycan hökümətini LGBT insanların hüquqlarını müdafiə edən hüquq müdafiəçilərinə qarşı yönəlmiş təzyiqləri dayandırmağa çağırır;

Sənə leyhinə 365, əleyhinə 202, 72 bitərəf olmaqla qoyulmuş səs vermədə qəbul edilib. 

Beynəlxalq Avropa Lezbiyan Gay Assosiyasının(ILGA Europe) 2014 – cü il üçün yaydığı bəyanatda LGBT hüquqlarının vəziyyətinə görə Azərbaycan sonuncu yerdə dayanır. LGBT insanlar üçün Azərbaycan çox təhlükəli ölkələrdəndir. Azərbaycan Avropa və Şərq Tərəfdaşlığı Şurasının üzvü olmasına baxmayaraq, Azərbaycan hökuməti LGBT hüquqları haqqında öhdəliklərin hər hansı birini yerinə yetirmək üçün heç bir cəhd etməmişdir. Bü günə qədər nifrət cinayətləri, nifrət çağırışları haqqında heç bir qanunvericilik aktları qəbul edilməyib.

Azərbaycan Milli Məclisinin (Milli Məclisin) ən homofobik deputatı Fazil Mustafa rəsmi olaraq dəfələrlə LGBT icmasına qarşı nifrət çıxışları ilə yadda qalıb. Fazil Mustafa dəfələrlə bildirib ki, homoseksuallıq bir xəstəlikdir. Cinsiyyət dəyişdirilməsini İnsan əxlaqına və təbiətinə zidd olan hadisə kimi qiymətləndirən millət vəkili cəmiyyəti homoseksual insanlara qarşı sərt mövqe nümayiş etdirməyə səsləyib. Millət vəkilinin fikrincə, Azərbaycanda belə halların yayılmasının əsas səbəbi həqiqi dini təsəvvürlərin olmamasıdır və homoseksuallığı İslam dininə təhlükə hesab edir

Millət vəkilinin fikrincə, Azərbaycanda belə halların yayılmasının əsas səbəbi həqiqi dini təsəvvürlərin olmamasıdır və homoseksuallığı İslam dininə təhlükə hesab edir: Cəmiyyətin mənəvi dəyərlərinə qarşı müəyyən hücumlar var. Buna görə də belə hallara qarşı müəyyən tədbirlərin görülməsi qaçılmazdır. Ona görə də cəmiyyətdə buna qarşı bir sərt mövqe ortaya qoyulmalıdır .Millət vəkili hesab edir ki, kişinin cinsiyyətini dəyişdirməsi Allaha qarşı üsyandır: Mən insanın öz təbii mahiyyətindən uzaqlaşmasını Allaha üsyan kimi qiymətləndirirəm. Bu yaradana üsyandır. Allah insanı kişi yaradıbsa, sonradan onu necə qadına çevirirlər? İnsan necə yaradılıbsa, eləcə də qalmalıdır.

Deputat fikirlərinə əlavə edir ki, dövlət vəzifələrində çalışan bəzi şəxslərin homoseksuallığa meyillidir. O cür fiziki üzdəniraq şəxsləri dövlət vəziflərinə təyin etmək olmaz.

Ümumilikdə bu il ərzində, Milli Məclisin 3 deputatı KİV – ə verdiyi müsahibələrdə LGBT hüquqlarının Azərbaycanda heç vaxt qəbul edilməyəciyini bildirib. Bütün bunlar homofobiyanın Azərbaycanda hökumət səviyyəsində olduğunu göstərir.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır