Avropa İttifaqı Azərbaycan nümayəndəliyində LGBT hüquqları müzakirəsi

Baxış sayı:

Avropa İttifaqının Azərbaycan nümayəndəliyi ilə Nəfəs LGBT Azərbaycan Alyansı arasında görüş keçirilib. Görüşdə Avropa İttifaqının Baki nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri Aleksandra Krasteva, müşavirin katibi Ovidiu-Viorel Naftanaila, proqram rəhbəri Məryəm Hacı-İsmayılova, Nəfəs LGBT Azərbaycan Alyansının prezidenti Cavid Nəbiyev və icraçı direktoru Tural Məmmədov iştirak edib.

Cavid Nəbiyev LGBT hüquqlarının vəziyyətinə toxunaraq bildirib ki, Azərbaycanda homofobiya və buna qarşı laqeyidsizlik dövlət səviyyəsindədir. Beynəlxalq konvensiyalara qoşulmağına baxmayaraq hələ də yerli qanunvericilikdə seksual orientasiya və gender kimliyi əsaslı nifrət cinayətləri, ayrı-seçkilik, nifrət çağırışlarına qarşı mübarizə aparılması istiqamətində heç bir zəruri islahat aparılmayıb. Əksinə, hüquq mühafizə orqanları əməkdaşları tərəfindən zorakılıq, hədə-qorxu, məcburi əməkdaşlığa cəlb edilmə halları müşahidə olunur. Həmçinin dövlətin səhiyyə və təhsil siyasətində LGBT insanların bu hüquqlardan ayrı-seçilik olmadan yararlanması və homofobiya, transfobiyanın aradan qaldırıması üçün zəruri addımlar atılmır. Bu isə özü-özlüyündə qanunvericiliyin boş olması, bu sahədə dövlət tərəfindən qanunvericilik təşəbbüsünün həyata keçirilməməsi və ya bunda heç maraqlı olmamasını göstərir.

İcraçı direktor Tural Məmmədov isə cəmiyyətdəki homofobiya, transfobiya və onun fəsadlarından danışıb: ”Təəssüf ki, cəmiyyət din və mental dəyərlər adı altında homoseksual, transgender, ümumilikdə LGBT fərdləri tənqid, nifrət edir və onların mövcudluğunu qəbul etmir. Onlar cəmiyyət tərəfindən sıxışdırılır, iqtisadi – psixoloji zorakılığa məruz qalırlar. Bu vəziyyət paytaxtdan kənarda, bölgələrdə daha da acınacaqlıdır. Son zamanlar bu və ya digər səbəblərdən LGBT fərdlər arasında intihar etmə halları dayanmadan artmaqdadır Onlar arasına nifrət cinayətlərərinin qurbanları daha çoxdur. Düşünürük ki, cəmiyyətdəki homofobiyanın əsas səbəblərindən biri insanların seksual orientasiya, gender kimliyi  mövzusunda həddən artıq məlumatsız olmalarıdır”.

Müşavir Aleksandra Krasteva da özlüyündə təşkilatın fəaliyyətini yaxından izlədiklərini bildirdi. Həmçinin xanım Krasteva səfirlik ilə təşkilat arasında iş birliyindən məmnun olacaqlarını, mütəmadi olaraq qarşılıqlı görüşlərin keçirilməsində maraqlı olduqlarını söyləyib.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır