Atalar LGBTİ övladlarını qöyğurşağı avtobusu ilə təəccübləndirdilər

Baxış sayı:

Siz bu ürəkaçan videonu görməlisiz!

Bir qrup Dublinli ata öz LGBTİ övladlarına Qürur Festivalına gedən göy qurşağı ilə bəzədilmiş avtobuslarla sürpriz ediblər.

Dublin Bus News bu maraqlı videonu bazar ertəsi (2 iyul) paylaşıb və həmin gündən bu yana videonu 700.000-dən çox insan izləyib. “Bu ilin Qürur Festivalında biz ən qürurlu avtobuslara sahib idik,- videonu paylaşarkən belə yazıblar, – ona görə yox ki, bizdə ən çox zər və ya bayraq var idi, lakin bizdə qürurlu insanlar, QÜRURLU ATALAR var idi”.

Onlar əlavə edibər: “Sükanı belə saxlayın və ürəkləri açın”. Videoda atalardan biri qırmızı şotlandka köynək və göy qurşağı rəngində qalluslar geyinib. O videoda deyir: “Hamı bir gay övladı olmasıyla sevinər. Lakin iki gay övladın olması- mən bu hekayəylə hamını təəccüləndirərdim!”

Atalardan digəri deyir: “Səkkiz ay əvvəl qızım bizə dedi ki, o transgenderdir. Və iki ay əvvəl o dedi ki, o adını dəyişir Maykl qoyur və o kişi olacaq”.

Bizi həm də LGBTİ nəvələri ilə qürur duyan bu nənələr coşdurur. 84 yaşlı Elizabeta nəvəsi Luiz haqqında belə deyib: “O gələn il öz gözəl yoldaşı Reyçellə evlənəcək və mən onun bu öhdəliyi götürməsini görməyi gözləyə bilmirəm! Əminəm ki, mənim 85-ci yaşımın ən yaddaqalan anı bu olacaq. “O çox möhtəşəmdir və indi başqaları üçün də yaxşı bir rol modelidir”,- o əlavə edib.

Roza nənə isə gay nəvəsi Luiz orientasiyasını açıqlayanda belə demişdi: “Nə olsun ki? Sən mənim nəvəmsən və həmişə də nəvəm qalacaqsan. Mən səni çox sevirəm”.

 

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Cavid Nəbiyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır