Araşdırma: Lezbiyan valideynləri olan uşaqların davranışında heç bir fərq yoxdur

Baxış sayı:
İki ana və iki övlad bir ailəyə bərabərdir

Uzun müddətdir aparılan və hələdə davam edən araşdırmaya əsasən lezbiyan valideyinlər tərəfindən böyüdülən 25 yaşınadək uşaqlarla eyni zamanda heteroseksual cütlüklər tərəfindən böyüdülən uşaqların davranışında heç bir fərq yoxdur.

Mühafizəkarların göy qurşağı(Burada LGBT ailələr nəzərdə tutulur – rainbow family) ailələrinə qarşə mənfi rəy formalaşdırmağa inadla davam etməsinə baxmayaraq, həmcin tərbiyənin ən uzun araşdırmaları göstərir ki, homoseksual cütlər tərəfindən yetişdirilən uşaqların vəziyyəti mühafizəkarların iddialarını əsassız edir.

Araşdırma

The National Longitudinal Lesbian Family Study (NLLFS), qısaca Lezbiyan Ailə Araşdırması layihəsi 1980-ci illərin sonu və 1990-ci illərin əvvəllərindən övlad sahibi olmağı planlaşdıran lezbiyan ailələri bu araşdırma ətrafında toplayır. Araşdırmaya daxil edilmiş uşaqların artıq 25 yaşı var. New England tibbi jurnalında yayımlanan araşdırmanın nəticələri göstərir ki, homoseksual cütlüklər tərəfindən böyüdülən uşaqların tərbiyəsi və adoptasiyasında heç bir problem yoxdur.

Məqalədə qeyd olunur: “Araşdırmanın ilk dövründə (1986-1992) biz Boston, Vaşinqton, D.C. və San-Fransisko şəhərlərində donor toxumlanması ilə nəzərdə tutulan 154 ana olmaq istəyən fərdi, ümumilikdə 84 planlaşdırılmış lezbiyan ailənin müəyyənləşdirdik.”

Bu lezbiyen cütlüklərin övladları  psixoloji sağlamlıq durumlarını sərbəst(self-report) olaraq bizə bildirdilər.

“Self-Report, 18 ilə 59 yaş arası böyüklər arasında adaptiv funksiya və davranış və ya emosional problemlərin ölçülməsi üçün etibarlı, öz-özünə qiymətləndirmə formasıdır.”

Bu hesabatlar, Amerika Birləşmiş Ştatlarının yaş, cins, irqi və ya etnik mənşəyi və təhsil səviyyəsi ilə əlaqədar olan Achenbach normativ nümunəsi ilə müqayisə edilmişdir.

“NLLFS nümunəsinin dəyərləndirilməsi  və Achenbach normativ nümunəsinə uyğun aparılan müqayisə göstərdi ki, fokus qrupu daxilində uyğunlaşma funksiyası (ailə, dostlar, həyat yoldaşları və ya tərəfdaş münasibətləri, təhsil və ya iş yerinə yetirilməsi),  zehni sağlamlıq və ya emosiyonal problemlər,  davranış kimigöstəricilərdə nəzərə çarpaçaq qədər fərqlər mövcud deyil.”

Araşdırmanın qüsurları

Bununla yanaşı tədqiqatın aparılmasında bir sıra çatışmazlıqlar var idi. Məsələn, nümunə ölçüsü (hədəf qrupunun sayı) az idi. Buna görədə irqi, etnik mənşəyi, cinsi şəxsiyyət, gəlir və təhsil səviyyəsi baxımından hədəf qrupu daxilində çeşidlilik az idi. Bundan əlavə, araşdırmaya gay cütlüklər daxil edilməmişdi.

Digər bənzər tədqiqatlarla müqayisə

Buna baxmayaraq, araşdırmanın nəticələr eyni cins cütlüklər tərəfindən böyüdülən uşaqların zehni və emosional rifahı ilə bağlı aparılan digər tədqiqatlarla uyğun gəlir. Məsələn, təsadüfi seçilmiş homoseksual ailələr arasında 2016-cı aparılan tədqiqatın nəticələri ilə NLLFS-in nəticələri arasında heç bir fərq yoxdur. Avstraliyadakı homoseksual ailələri əhatə edən daha böyük bir araşdırmanın nəticələri isə homoseksual cütlər tərəfindən yetişdirilən uşaqların heteroseksual aiələrdə böyüyən həmyaşıdlarından daha xoşbəxt və sağlam olduğunu təsbit edib. Amerika Milli Sağlamlıq Araşdırma Sorğusundan alınan nəticələr homoseksual valideynləri olan uşaqların heteroseksual valideynləri olan uşaqlardan psixoloji sağlamlıq göstəricilərinə görə heç bir fərq olmadığını aşkar edib.

Araşdırmanı oxumaq istəyənlər(İngiliscə) buraya daxil ola bilərlər.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Cavid Nəbiyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır