ARAŞDIRMA – Azərbaycanda LGBTI+ fərdlərə qarşı repressiyalar və səbəbləri

Baxış sayı:

Azərbaycanda LGBTİ hüquqları kontekstində nəzərə çarpaçaq dərəcədə informasiya çatışmazlığı var. Mövzu çox önəmlidir, lakin tabu olaraq qəbul edilir. Bu istiqamətdə araşdırmaların aparılması zəruri olan hüquqi məlumatlılıq səviyyəsinin artmağına, eyni zamanda, informasiya çatışmazlığının aradan qaldırılmasına gətirib çıxaracaq.

Ötən ilin sentyabr və oktyabr aylarında baş verən gay və transgender fərdlərin kütləvi həbsi LGBTI hüquqlarının araşdırılması zərurətini bir daha sübut etdi. Bu məqsədlə hüquqşunas Elnur Kərimov’un mövzu ilə bağlı “2016 – 2018 – ci illər ərzində Azərbaycanda LGBTİ+ fərdlərinə qarşı repressiyalar: LGBTİ + fərdlərinə çoxtərəfli hücumların səbəbləri və mübarizə yolları” adlı apardığı araşdırmanı sizə təqdim edirik.

Azərbaycanda LGBTİ+ fərdlərinin hüquq və azadlıqları uzun illərdir ki, ciddi təhdid altındadır. Buna baxmayaraq, LGBTİ+ fərdləri üçün vəziyyət, xüsusilə son üç il ərzində Azərbaycan əhalisinin bir çox insan haqları və azadlıqlarına qarşı törədilən repressiyaların fonunda daha da şiddətlənib.

Bu post-sovet ölkəsində LGBTİ+ fərdlərinin hüquq və azadlıqlarının hazırki məyusedici vəziyyətinin kökündə bir çox səbəblər dayanır.

Bu səbəblərə maarifləndirmə fəaliyyətlərindəki çatışmazlıqlar, qüvvədə olan qanunvericilikdəki boşluqlar, LGBTİ+ fərdlərinin özlərinin gücləndirilməməsi, öz genderi və yaxud cinsi oriyentasiyası səbəbilə təhdid olunan ya da istismar edilən həssas qrupların cəmiyyətin dəstəyindən və hüquqi yardımdan uzaq qalması və müxtəlif yollarla LGBTİ+ fərdləri ilə işləmək məqsədilə qurulan QHT və vətəndaş cəmiyyəti təşkilatlarının davamlı təqibi kimi amillər daxil edilə bilər.

Azərbaycanda LGBTİ+ fərdlərinin üzərində əsən təzyiq dalğası 2017-ci ilin sentyabr ayının sonlarında onların toplu şəkildə tutulması və həbs edilməsi ilə özünün pik nöqtəsinə çatdı. Yerli polis idarəsinin irəli sürdüyü sırf QİÇS müayinəsi əsaslandırması ilə həyata keçirilən əməliyyatlarda rəsmi rəqəmlərə görə, 80 nəfərdən çox LGBTİ+ fərdi öz evində və ya iş yerində saxlanılaraq polis idarələrinə gətirilib. Digər bir yandan bu hadisə gösətrdi ki, Azərbaycanda LGBTİ+ fərdləri həm də ədalətli məhkəmə araşdırması hüququndan məhrumdurlar. Ona görə ki, tutulmalar və həbslər zamanı onlar nə cəmiyyətdən lazımi dəstək ala bilib, nə də hüquqi yardıma çatımlılıqları təmin olunub. Maarifləndirmə fəaliyyətlərinin
çatışmazlığı Azərbaycanda sayca getdikcə çoxalan homofob cəmiyyətin formalaşmasına rəvac verir ki, cəmiyyətin LGBTİ+ fərdlərinin əsas insan hüquq və azadlıqlarının pozuntularına reaksiyası, əsasən, sosial şəbəkələrdə hüquqları pozulan şəxslərə qarşı nifrət nitqi ilə ifadə edilib. Bu isə öz növbəsində müxalifət partiyalarının və hətta öz işi və nüfuzunu itirməkdən qorxan və eyni zamanda gələcəkdə müxtəlif təqiblərlə üzləşəcəyindən çəkinən müstəqil insan haqları hüquqşünaslarının çoxunun bu cür məhkəmə işlərinə səssizliyinə gətirib çıxarıb.

Araşdırmamız Azərbaycanda son üç ildə LGBTİ+ fərdlərinin hüquq və azadlıqları ilə bağlı vəziyyətin hüquqi icmalı hesab oluna bilər.

Araşdırmada bu mövzu ilə əlaqədar çağdaş problemlər təqdim olunub, onların başlıca səbəbləri qanunvericilikdəki əskikliklərdə axtarılıb. Bu mənada araşdırmamızın sonunda yekun müşahidə və tövsiyələrimizlə tanış ola bilərsiniz ki, bu tövsiyələr dövlət orqanları və beynəlxalq təşkilatlar qarşısında yerli və beynəlxalq QHT-lər tərəfindən müvəkillik fəaliyyətlərində istifadə üçün faydalı ola bilər.

Araşdırmanı tam olaraq oxumaq üçün bu keçidə daxil ola bilərsiniz.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Cavid Nəbiyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır