22 Yanvarla günü ilə əlaqədar Nəfəs LGBT- nin Bəyanatı


22 Yanvar tarixi Nəfəs LGBT Azərbaycan Alliansının təşəbbüsü ilə 2014-cü ildən bu yana Azərbaycanda “Homofobiya və Nifrət Cinayətləri ilə Mübarizə Günü” kimi qeyd olunur. Təbii ki, bu günün əsası mərhüm LGBT fəalı (Azad LGBT-nin rəhbəri) İsa Şahmarlının LGBT bayrağı ilə intihar etməsindən sonra qoyulub. Bu günü Azərbaycanda yaşayan LGBT fərdləri mübarizə günü kimi qeyd edirlər. Mübarizəmiz çox gəncdir. Amma, məqsədimiz insanlara var olduğumuzu, nifrətlərinin əsassız olduğunu, birlikdə yaşamağın mümkün olduğu mesajənı çatdırmaqdır.

Təbii ki, Azərbaycanda zorakılıq və nifrət qurbanı olan sosial qruplar arasında ən çox əziyyət çəkən, ayrı-seçkiliyə məruz qalan bizik. Hər ilə 100-lərlə LGBT fərdi ailə üzvləri, mövcud olduqları mühitdəki insanlar tərəfindən fiziki, psixoloji, iqtisadi zorakılığa məruz qalır, ikili həyat yaşamağa məcbur edilir, öldürülür, intihara cəhd edir, ölkəni tərk edir. Ailə və cəmiyyət qorxusu səbəbindən öz oriyentasiyasını gizlətmək məcburiyyətində olan 10-larla lezbiyan fərdlər evləndirilir, evləndikləri şəxslər tərəfindən cinsi zorakılğa məruz qalır. 2015-ci ildə LGBT fərdlərinə qarşı hüquq-mühafizə orqanları vasitəsilə bizə məlum olan 10-dan çox hücum baş verib ki, nəticədə 2 transgender, 1 gay dünyasını dəyişib. 1 lesbiyan və transgender fərd isə intihar nəticəsində vəfat edib. Əlbəttə ki, bu sadəcə media vasitəsi ilə ictimailəşdirilən hadisələrdir. Əslində, bu rəqəmlər dəfələrlə çoxdur.  İLGA Avropanın 2014 və 2015-ci illər üçün açıqladığı hesabatda Azərbaycan 49 Avropa Şurası ölkəsi arasında homofobiyanın göstəricilərinə görə sonuncu yerdə qərarlaşıb. Bu nəticələr ilə Azərbaycan hətta Rusiyanı belə qabaqlayır.

2015-ci il ərzində təkcə nifrət cinayətləri deyil, çoxlu sayda nifrət çağırışları da müşahidə olundu. Bu insanlar sırasında Milli Məclisin üzvü Fazil Mustafa, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, cəmiyyətdə xüsusi nüfuzu olan şəxslər açıq olaraq homoseksual fərdlərə, və LGBT hüquqlarına olan nifrətlərini bəyan etdilər. Hətta Nəfəs LGBT Azərbaycan Alliansının mühacirətdə olan rəhbəri Cavid Nəbiyevin nişan məsələsi mediada yayımlanandan sonra Fazil Mustafa açıq şəkildə cəmiyyəti homoseksual fərdlərə qarşı daha sərt münasibət göstərməyə səslədi. “Minority” ilk LGBTI jurnalının yaranmasına reaksiya olaraq, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bunu “milli-mənəvi dəyərlərə zidd” adlandırıb.

Habelə ötən il 5-ci sinif dərsliyi ilə bağlı baş verən insidentdə jurnalistlərin homoseksuallığa eyham vurması ilə əlaqədar, Təhsil Nazirliyinin mətbuat xidməti bunu “əxlaqi dəyərlərimizdən uzaq olan üzdəniraq nəticə” adlandırmışdır. Beləliklə, Təhsil Nazirliyi də dolayısı ilə öz homofobik mövqeyini sərgiləmişdir.

Təbii ki, bizə qarşı nifrət çağırışlarının əsas mənbələrindən və səbəbkarlarından biri də müxtəlif media qurumlarıdır. Media qurumları, orada fəaliyyət göstərən jurnalistlər sərbəst şəkildə insanları nifrətə, nifrət çağırışlarına səsləyir.

Bütün bu sadalanan və sadalanmayanların fonunda biz yenə də cəmiyyətə bu gün öz sülh mesajımızı göndəririk. Hər bir kəsi fərdi azadlıqlara, başa insanın şəxsi həyatına, kimliyinə, cinsi mənsubiyyətinə dözümlü olmağa, hörmət etməyə çağırırıq. Homoseksuallıq əxlaqsızlıqla bərabər tutulmamalıdır. Bu seçim deyil. Necə ki, sizin heç biriniz kişi və ya qadın doğulacağınızı, öz valideyinlərinizi, doğulacağınız məkanı seçə bilmədiyiniz kimi, biz də bu hissləri nə seçə, nə də unuda bilərik. Seçim sadəcə sizin əlinizdədir. Nifrəti yox, sülhü, sevgini, bərabərliyi seçin. Bu həqiqətən də çox asandır. Humanist ol, yetər!

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.
Administrator

Müəlif Haqqında Məlumat: Administrator

Yoxlama

Sizin Üçün Tövsiyəmiz

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır