22 Yanvarla bağlı “Nifrətə YOX!” kampaniyası başlanıb

Baxış sayı:

22 Yanvar tarixi Nəfəs LGBT Azərbaycan Alyansı 2014 – cü ildən bu yana Azərbaycanda Homofobiya və Transfobiya ilə Mübarizə Günü” kimi qeyd edir. Bu məqsədlə onlayn kampaniya başlanılıb. Bu tarix bizim hər birimiz üçün çox önəmlidir. Bu gündə Azərbaycanda nifrət cinayətləri, homofobiyaya və transfobiyaya YOX demək üçün birlik göstərməliyik.

Mübarizəmiz çox gəncdir. Məqsədimiz insanlara var olduğumuzu, nifrətlərinin əsassız olduğunu, birlikdə yaşamağın mümkün olduğu mesajənı çatdırmaqdır. Bu mübarizədə biz tək deyilik! Ətrafımızda çoxlu saytda heteroseksual insanlar da vardır ki, bu mübarizədə bizə dəstək olur və bizim ilə eyni şüarı paylaşırlar.

Bizə qarşı cəmiyyətin nifrəti fonunda biz yenə də cəmiyyətə bu gün öz sülh mesajımızı göndəririk. Hər bir kəsi fərdi azadlıqlara, başa insanın şəxsi həyatına, kimliyinə, cinsi mənsubiyyətinə dözümlü olmağa, hörmət etməyə çağırırıq. Homoseksuallıq əxlaqsızlıqla bərabər tutulmamalıdır. Bu seçim deyil. Necə ki, sizin heç biriniz kişi və ya qadın doğulacağınızı, öz valideyinlərinizi, doğulacağınız məkanı seçə bilmədiyiniz kimi, biz də bu hissləri nə seçə, nə də unuda bilərik. Seçim sadəcə sizin əlinizdədir. Nifrəti yox, sülhü, sevgini, bərabərliyi seçin. Bu həqiqətən də çox asandır. Humanist ol, yetər!

Bu məqsədlə Nəfəs hər kəsi kampaniyaya qoşulmağa dəvət edir:

1. Bizimlə eyni fikiri paylaşan hər kəsdən xaişimiz odur ki, bu şəkili 23 yanvar tarixinə qədər öz profil şəkillərini eyniləşdirməyə dəvət edirik.
2. Facebook dostluğunuzda olan insanları profil şəkli aksiyamıza cəlb etməyi xaiş edirik.
3. Facebook dostluğunuzda olan insanları yaradılmış eventə əlavə etməyi xaiş edirik.
4. 22 Yanvar tarixində hər birinizi facebook və ya twitterdə yazacağınız statuslarda aşağıdakı haştaqları istifadə etməyə çağırırıq. Məqsəd sosial media vasitəsi ilə daha çox insanı bu tarixi günün məqsədi barədə məlumatlandırmaqdır.

#NifreteSon
#StopHomofobiya
#StopTransfobiya
#LGBTAzerbaycan
#SusmaDanish

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır