16 yaşlı yeniyetmə Rusiyanın ‘gay təbliğatı’ qanunu ilə mühakimə olunub


Maxim Neverov 16 yaşlı olmasına baxmayaraq, ‘kiçiklər arasında homoseksualizm təbliğatı’na görə təqsirli bilinib. Bununla da Neverov rusiya höküməti tərəfindən müvafiq qanuna əsasən hədəfə alınan ilk az yaşlı kimi tarixə düşdü.

Biysk şəhərindən olan yeniyetmə 7 avqust tarixində Vkontakte sosial şəbəkəsində yerləşdirdiyi şəkil səbəbindən 50 min rubl cərimə edilib.

Rusiyanın LGBT Şəbəkəsi məlumat verir ki, iyulun 24-də açılan inzibati xəta işində Neverov’un ekspert rəyinə əsasən “görünüşü (qismən çılpaq bədən hissələri) homoseksual əlaqələrin təbliğat xüsusiyyətlərinə sahib gənc kişilərin bəzi fotoşəkillərini” paylaşıb.

Onlar həmçinin iddia edirlər ki, polisin izahat alarkən gəncin vəkilə müraciət etməsinə icazə verməyib. Bununla da Neverov izahat verməkdən imtina edib.

Bu ilin əvvəlində Neverov “Geylər və ya Putin” başlığı altında küçə aksiyası həyata keçirməyə cəhd göstərib. Şəhər rəhbərliyinə icazə almaq üçün 12 dəfə müraciət etməsinə baxmayaraq rədd cavabı alıb. Bu məsələ hətta yerli Dumanın diqqətini belə ala bilib. Ehtimal edilir ki, yeniyetməyə qarşı açılan inzibati işin kökündə onun LGBT hüquqları il bağlı göstərdiyi fəallıq dayanır.

Qeyd edək ki, sözdə ‘gay təbliğat’ qanunu 2013-cü ildən qüvvədədir. Məqsəd, istənilən zəruri vasitələr ilə uşaqları “homoseksualığın təsirindən qorumaq”dır.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Cavid Nəbiyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır