Ədliyyə Nazirliyindən Nəfəs LGBT-yə qarşı qərəzli mövqe

Baxış sayı:
Nəfəs LGBT

Nəfəs LGBT Azərbaycan yaydığı press-relizdə bildirir ki, artıq ikinci dəfəsidir ki, təşkilat analoji vəziyyətlə rastlaşır. İlk dəfə 2012 – ci ildə qeydiyyata alınması ilə bağlı sənədlər göndərilmişdi. Lakin, qeydiyyata alınıb – alınmamaqla bağlı heç bir münasibət bildirilməmişdir. Nəfəs LGBT Azərbaycan Alyansı növbəti dəfə dövlət qeydiyyatına alınmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyə müraciət edib. Həmin müraciət naizirliyə19 may 2014 – cü il tarixdə çatıb. Həmin məktubun poçt qəbzi dəlil kimi saxlanılır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən adını bildirməyən şəxs təşkilatın hər iki təsisçisinə zəng edərək qanunda nəzərdə tutulmayan suallar verərək təsisçilərin harda tanış olmaları və bu kimi suallar ünvanlamışdır. Bu onu göstərir ki, nazirlik təşkilatın qeydiyyata alınması ilə bağlı müraciətindən xəbərdardır.

Həmin qanunun 8.2-ci maddəsinə əsasən, dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması üçün qəbul edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər.

18 iyun 2014-cü il tarixdə “Nəfəs LGBT Azərbaycan Alyansı” İctimai Birliyinin dövlət qeydiyyatına alınmaq üçün Qeydiyyat və Notariat Baş İdarəsinə təqdim etdiyi ərizə və ona əlavə edilmış olan sənədlərin Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğunun yoxlanılması üçün qanunla nəzərdə tutulmuş vaxt bitmişdir. Qanunla müəyyən edilmiş müddətdə Birliyin təsisçilərinə (və ya qanuni təmsilçisinə) “Nəfəs LGBT Azərbaycan Alyansı” İctimai Birliyinin dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilməmişdir.

Cənab prezident İlham Əliyevin AŞPA – dakı çıxışı zamanı Norveçli parlamentari tərəfindən Azərbaycanda LGBT təşkilatlanmasının vəziyyəti ilə bağlı ünvanladığı suala verdiyi cavab öz real əksini tapmır və bu bizi çox məyus edir. Nəfəs LGBT Azərbaycan Alyansının timsalında ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çalışan digər təşkilatlara edilən təzyiq və onların qeydiyyata alınmaması bizi çox narahat edir. Təşkilat olaraq növbəti atacağımız addım Ədliyyə Nazirliyini məhkəməyə vermək olacaq. Lakin, yetərli resurslarımızın və ölkədə LGBT sahəsində könüllü çalışmağa razı olacaq hüquqşunasların olmaması bizim üçün çox böyük əngəl yaradır. Beynəlxalq təşkilatları bu istiqamətdə bizə dəstək olmağa və Azərbaycan hökümətinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün təzyiq göstərməyə çağırırıq.

Sizdə Bizə Uğun xəbər və ya blog yazınızmı var ? Saytımıza yeni yazılar əlavə etməklə bizə dəstək olmaq istəyirsinizmi ? O zaman vaxt itirmədən saytımızda qeydiyyatdan keçin və öz yazılarınızı əlavə etməyə başlayın.

Müəlif Haqqında Məlumat: Administrator

:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Sizin Üçün Tövsiyəmiz

Düyməni Göstər
Düyməni Gizlət

Hamıya salam!

Parolunuzu Unutdunuz ?

Sizin Hesabınız Yoxdur ? Qeydiyyat`

Parolunuzu Unutdunuz ?

Hesab məlumatlarınızı yazın. Parolunuzu yeniləmək üçün sizə link göndərəcəyik.

Your password reset link appears to be invalid or expired.

Bağla
seçimdən

    Fayılınız Hazırlanır