wrapper

Beaking News

Strasburq, 7 iyun 2016-cı il– İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI) Azərbaycan haqqındakı hesabat bu gün təqdim olunub. Hazırlanan hesabatda Nəfəs LGBT-nin 2015-ci il üçün hazırladığı nifrət cinayətləri, mediada nifrət çağırışları, dövlət qurumlarından nifrət çağırışları haqqında hesabata əsaslanıb.

 

Miqrasiya qanunvericiliyi və tarixi azlıqların həyat şərtləri kimi sahələrdə irəliləyişlər əldə edilsə də nifrət nitqindən davamlı istifadə, müstəqil vətəndaş cəmiyyəti və media üzərindəki repressiya, LGBT şəxslərə qarşı qərəzli fikir və dini azlıqların üzləşdiyi ayrı-seçkilik kimi digər məsələlər narahatlıq yaradır.

Azərbaycan ayrı-seçkiliyə qarşı müfəssəl qanunvericilik qəbul etməyib. Özəl sektordakı irqçiliyin və ayrı-seçkiliyin qarşısını almaq və onlarla mübarizə aparmaq üçün heç bir qurum mövcud deyil. ECRI LGBT şəxslərə qarşı çoxunun zərərçəkənlərin ailə üzvləri tərəfindən həyata keçirilən böyük sayda şiddətli hücumların olmasını təəssüflə bildirir. 

Avropa Şurasının İrqçiliyə Qarşı Komissiyası öz hesabatında Azərbaycan dövlət orqanlarına bir çox tövsiyə ünvanlayıb. Aşağıdakı iki tövsiyə prioritet olaraq tətbiq edilməlidir:

- Müxtəlif və müstəqil vətəndaş cəmiyyətinin inkişaf edə biləcəyi şərtləri yaratmaq. 
- Avropa Şurasına qəbul olma zamanı hərbi xidmətə alternativlər haqqında qanunvericiliyin qəbul edilməsilə bağlı üzərinə götürlən öhdəliyi yerinə yetirmək.

ECRI bu iki tövsiyənin iki il ərzində tətbiq edilməsini müvəqqəti monitorinq şəklində qiymətləndirəcək.

Link

Son redaktə Çərşənbə axşamı, 07 İyun 2016

Şərh əlavə et


Mühafizə kodu
Yenilə

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Twitter